Ordu.az xəbər verir ki, bu barədə ASPİLSAN Enerjinin baş direktoru Ferhat Özsoy bildirib.
“2022-ci ilin ikinci yarısında başladığımız litium-ion batareyamızın kütləvi istehsalından sonra akkumulyator hüceyrələrimizin performansı və təhlükəsizlik imkanları üçün beynəlxalq keyfiyyət standartlarına cavab verdik və sınaqlar nəticəsində Avropanın müstəqil və akkreditə olunmuş laboratoriyalarında qısa müddətdə əldə etdiyimiz bir çox sertifikatlarla onu qeydiyyatdan keçirmişik. Əldə edilən nəticələr göstərir ki, A28 batareyaları sektorda lider olan aparıcı hüceyrə istehsalçılarının ekvivalent batareyaları ilə eyni səviyyədə yüksək performans nümayiş etdirir. ASPİLSAN Enerji olaraq önümüzdəki dövrdə müştərilərin ehtiyac duyduğu və ya tələb etdiyi ölkə, sektor və ya məhsula xas sınaq və sertifikatlaşdırma ehtiyaclarını qarşılamaq üçün araşdırmalarımızı davam etdirərək, 2023-cü ildə əhəmiyyətli bir batareya ixracatçısı olmaq məqsədi ilə fəaliyyətimizi həyata keçiririk”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az