Ən güclü məlum enerji mənbələrindən biri nüvə enerjisidir. Nüvə enerjisi bir ölkəni işıqlandırmaq üçün kifayət qədər elektrik enerjisi verə bilsə də, bomba kimi də istifadə oluna bilər və bu, bir şəhəri uzun illər yaşayış üçün yararsız hala salır. Atom Elektrik Stansiyaları istehsal etdikləri yüksək güclü enerjini inkişaf etmiş ölkələr üçün təqdim edərkən, təhlükəsizlik sistemləri düzgün istifadə edilmədikdə və texniki xidmətə laqeyd yanaşılarsa, Çernobıl və Fukusima qəzaları kimi təbiətin tarazlığını pozacaq təsirlər yarada bilər.
İlk dəfə 1950-ci illərdə tikilmiş nüvə reaktorlarından 60 MVt enerji əldə etmək mümkün olduğu halda, hazırda bu rəqəm 1600 MVt-a çatıb. Böyük reaktorlarla yanaşı, inkişaf mərhələsində olan Kiçik Modullu Reaktorlar (SMR) alternativ enerji istehsalı üçün perspektivlidir.
Keçmişin iri atom elektrik stansiyalarında baş verən qəzalar, yüksək istismar və texniki xidmət xərcləri və ekoloji risk faktorları bu stansiyaların zamanla nüfuzdan düşməsinə səbəb olub. 1996-cı ildə qlobal miqyasda istehsal olunan elektrik enerjisinin 17,5 faizi atom elektrik stansiyalarından əldə edildiyi halda, 2020-ci illərdə bu nisbət yüzdə 10 civarında azalıb və azalmağa davam edir. Ekoloji risklər əsas faktor kimi görünsə də, bu azalmanın əsas payı yüksək istismar və texniki xidmət xərcləri ilə bağlıdır.
Bu gün böyük elektrik stansiyalarına alternativ olaraq üstünlük verilməyə başlanılan kiçik modul reaktorların ətraflı araşdırılması gələcəyin təhlükəsiz və güclü elektrik istehsal vasitələrinin anlaşılması baxımından əhəmiyyətlidir.
Sevinc Əliyeva
Ordu.az