Ordu.az xəbər verir ki, “Metaverse” anlayışı xüsusilə “Facebook”un 2021-ci ilin oktyabrında özünü “Metaverse qrup” olaraq təyin etdiyini və adını “Meta” olaraq dəyişdirdiyini açıqlaması ilə bütün dünyada yeni bir sürətlə müzakirə olunmağa başlayıb.
ABŞ yazıçısı Neal Stefenson 1992-ci ildə yazdığı “Qar qəzası” romanında “kiber dünya”nın bir addımını müəyyən edən “metaverse” anlayışını ilk dəfə istifadə etməsindən keçən 30 il ərzində texnologiya qeyri-adi sürətlə inkişaf edib və yeni imkanlar açıb.
Bu ikisinin bəzi xüsusiyyətlərini birləşdirərək yaradılan Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Qarışıq Reallıq (Mixed Reality -MR) və nəhayət hər üçünü özündə birləşdirən Genişləndirilmiş Reallıq (XR) texnologiyalarıdır və bu, texnologiya, demək olar ki, hər sahədə görünməyə başlayıb, bir çox yeniliklərə qapı açıb.
Yeni rəqəmsal məkan, yəni “Metaverse” “Facebook”un qurucusu Zukerberq tərəfindən “insanların VR dəstləri, AR eynəkləri, smartfon proqramları və digər cihazlardan istifadə edərək görüşə, işləyə və video oyunlar oynaya biləcəyi sonsuz və bir-biri ilə əlaqəli virtual icmalar dünyası” kimi təsvir edilib. Sosial media, AR və VR oyunları “Metaverse”də tək bir platformada bir araya gələrkən, istifadəçilər bu platformada virtual olaraq qarşılıqlı əlaqə qura, kriptovalyutalardan istifadə edə, bütün hissləri və varlığı ilə “metaverse”ni yaşaya biləcəklər.
“Metaverse” konsepsiyasının yüksəlişinin əsasında üç amil dayanır: texnoloji yetkinliyin sürətlənməsi, rəqəmsal ekosistemin inkişafı və real dünya ilə virtual dünya arasında inteqrasiya. “Meta”, “Apple”, “Microsoft” və “Google” kimi texnoloji nəhənglər “Metaverse”ni həyata keçirmək üçün iddialı planlar üzərində işlədikcə, yüksək sürətlə inkişaf edən texnologiyalar rəqəmsal ekosistemi tədricən təkmilləşdirir və güclü hesablama cihazlarının və ağıllı geyilən cihazların mövcudluğu rəqəmsal gələcəyi daha interaktiv edir.
Bütün bu inkişaflar demək olar ki, hər sektorda oyunu dəyişdirən effektlər yaratmaq potensialına malikdir. Müdafiə və hərbi xidmət sahələrinin bu təəccüblü təsirlərdən kənarda qalması mümkün görünmür. Çünki “Metaverse” konsepsiyasının inkişafı ilə paralel olaraq, uzun müddətdir ki, hərbi “Metaverse” konsepsiyası müzakirə olunur. İnkişaf etməkdə olan texnologiyalar təlimdən satınalmaya, yeni müdafiə məhsullarının sınaqdan keçirilməsindən əməliyyatlara və döyüş meydanlarına kimi hərbi dünyanın bütün aspektlərini kökündən dəyişdirməyə səbəb ola bilər.
Sevinc Əliyeva
Ordu.az