Ukrayna Rusiyanın zərbə tipli "Orion" PUA-sını vurub

2022/04/1-1649493414.jpg
Oxunub: 7749     12:30     09 Aprel 2022    
Ukrayna Silahlı Qüvvələrinin zenit-raket qoşunları aprelin 8-də Rusiyanın 3 hava hədəfini məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Komandanlığı "Facebook"da məlumat yayıb.

Qeyd olunur ki, Rusiyanın qanadlı raketi, PUA-sı və 1 helikopteri vurulub. Məhv edilən PUA-nın "Orion" olduğu vurğulanır.

Həmçinin bildirilir ki, aprelin 8-də Ukrayna Silahlı Qüvvələri NATO-nun tərəfdaşı olan ölkələrdən ilk yardımı alıb. Belə ki, S-300 zenit-raket kompleksi tezliklə Hərbi Hava Qüvvələrində istifadəyə veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin