Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnir keçirilib

2019/12/aa52f-1576316306.jpg
Oxunub: 826     18:36     14 Dekabr 2019    
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli qəhrəmanlarının xatirəsi həmişə əziz tutulur. Mütəmadi olaraq onların xatirəsinə həsr olunmuş idman birincilikləri keçirilir. Belə yarışlar gələcəyin zabiti olacaq kursantların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərir.

Hərbi liseydə Mətləb Quliyevin xatirəsinə həsr olunmuş bölüklərarası ənənəvi voleybol turniri keçirildi. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər. Hərbi liseyin fiziki hazırlıq fənn bölməsinin rəisi mayor Rəşad Kazımov qəhrəmanın həyat və döyüş yolundan söz açdı:

- Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan rayonunda dünyaya göz açıb. İbtidai təhsilini 3 nömrəli pambıqçılıq sovxozundakı orta məktəbdə alıb. Sonra ailələri Sumqayıt şəhərinə köçüb. Mətləb səkkizinci sinfə qədər 13 nömrəli məktəbdə alıb. Sonra hərbçi olmaq həvəsi onu Cəmşid Naxçıvanski adına Hərbi liseyə gətirib. Təhsilini bitirəndən sonra o mülki ixtisas seçib. Müxtəlif təşkilatlarda çalışıb. Əsgəri xidmətini başa vurandan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1985-ci ildə "leytenant" rütbəsi ilə ali məktəbi bitirərək Sumqayıt şəhərindəki 3 nömrəli orta məktəbdə hərbi hazırlıq müəllimi işləməyə başlayıb.

1992-ci ildə xidmətə çağırılan Mətləb Quliyev təcrübəli zabit kimi Daxili Qoşunlarda gənc əsgərlərə təlim keçib, onlara döyüş qaydalarını öyrədib. 1992-ci il avqustun 31-də Ağdam istiqamətinə göndərilib. Həmin günlərdə ermənilər yaşayış məntəqələrini, strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməyə çalışırdılar. Gənc zabit pulemyotun arxasına keçərək düşmən üzərinə güllə yağdırırdı. Daşnaklar onun pulemyotunun darağında güllənin qurtardığını hiss edərək, bir neçə istiqamətdən hücuma keçirlər. Düşmənin onlara atdığı güllələr kapitan yoldaşının həyatına son qoyur. Mətləb isə qısa vaxt ərzində pulemyotun darağını dəyişərək yenə də atəş açır. Əsgərlərini xilas edir, özü isə qəhrəmancasına həlak olur.

Döyüşlərdə göstərdiyi igidliyə və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Bu gün Sumqayıt şəhərindəki 3 nömrəli orta məktəb Mətləb Quliyevin adını daşıyır. Təhsil ocağının həyətində onun büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Biz qəhrəmanlığı, igidliyi Mətləb kimi oğullardan öyrənməliyik.

Çıxışlar başa çatandan sonra voleybol turnirinə start verildi. Kursantlar meydanda yerlərini tutandan sonra hakimin fiti eşidildi. Yarış başlandı. Kursantlar komandalarını irəli çıxarmaq üçün cəld hərəkətlə irəli atıldılar.

Oyunun gedişindən hiss olunurdu ki, kursantlar voleybol birinciliyinə çox ciddi hazırlaşıblar. Yarış gərgin mübarizə şəraitində keçəcək.

Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin xatirəsinə həsr olunmuş bölüklərarası voleybol turnirinin final mərhələsinə 1-ci kursun 4-cü bölüyü və 2-ci kursun 1-ci bölüyünün kursantları çıxdılar. Birinciliyin final mərhələsi maraqlı anlarla yadda qaldı. Gərgin mübarizə şəraitində keçən birincilik 2-ci kursun 1-ci bölüyünün qələbəsi ilə başa çatdı. Beləliklə, Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin xatirəsinə həsr olunmuş voleybol üzrə bölüklərarası lisey birinciliyinin qalibi 2-ci kursun 1-ci bölüyünün kursantları oldu.

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Turnir  

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnir keçirilib

2019/12/aa52f-1576316306.jpg
Oxunub: 827     18:36     14 Dekabr 2019    