Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu işğal altında olan Qarabağdakı qondarma qurumun keçmiş “baş naziri” Arayik Harutyunyan 2008-ci il “1 Mart” hadisələri zamanı İrəvanda Qarabağdan gətirilmiş hərbi qulluqçuların olması barədə məlumatlara toxunarkən deyib.
Harutyunyan qeyd edib ki, həmin günlərdə Qarabağdakı hərbi hissələrdən seçilmiş hərbi qulluqçular İrəvanda olublar.
“Qarabağdan heç bir qoşun gətirilməyib... Ancaq İrəvanda Qarabağdakı hərbi hissələrin bölmələrindən seçilmiş hərbçilər var idi”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az