“Sasna Tsrer” Qarabağla bağlı bəyanat yayıb: “Geri dönüş ola bilməz”

2019/12/Sasna-1576137765.jpg
Oxunub: 31729     14:22     12 Dekabr 2019    
“Nikol Paşinyanın başçılıq etdiyi hakimiyyət sistem dəyişiklikləri adı altında və onların əvəzinə tədricən mövcud yarımmüstəmləkə sisteminə uyğunlaşdırılır. Qarabağ məsələsində vəziyyət olduqca qarmaqarışıqdır”.

Ordu.az xəbər verir ki, bu, Ermənistanın “Sasna Tsrer” (keçmiş silahlı qruplaşma) partiyasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilir ki, mövcud hakimiyyət ölkə daxilində “Qarabağ Ermənistandır, vəssalam” şüarı altında çıxış edərək, paralel şəkildə nəinki “Madrid prinsipləri”ndən və onların üzərində qurulmuş Ermənistan Respublikaçılar Partiyası konpektlərindən imtina etmir, həmçinin Qarabağın azərbaycanlı və erməni icmalarını bərabərləşdirən qeyri-milli konsepsiyanın yenidən canlamasına qədər geri addım atır.

“Qeyd edirik ki, hazırkı hakimiyyət Qarabağ və digər bütün strateji məsələlərə qarşı kifayət qədər ciddilik nümayiş etdirmir, bu, millətimiz və dövlətçiliyimiz üçün dönməz mənfi nəticələrə səbəb ola bilər”, - deyə bəyanatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sasna-Tsrer   Qarabağ  


Bizi "telegram"da izləyin