Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, intihar edən erməni hərbi qulluqçu Erik Harutyunyanın ölüm işi ilə bağlı aparılan cinayət işi çərçivəsində onun xidmət yoldaşı həbs olunub.
Məcburi müddətli hərbi qulluqçu, sıravi əsgər Erik Harutyunyanın ölüm işi ilə bağlı ikinci qarnizonun istintaq bölməsində Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsi ilə istintaq aparılan cinayət işi üzrə E. Harutyunyanı təhqir etmə, o cümlədən tabeçilik münasibətlərinin yoxluğu şəraitində hərbi qulluqçuların qarşılıqlı münasibətlərində davranış qaydalarının pozulması şübhəsi ilə - Ermənistan Cinayət Məcəlləsinin 360-cı maddəsinin 1-ci hissəsi və 359-cu maddəsinin 1-ci hissəsi ilə məcburi müddətli hərbi qulluqçu, sıravi əsgər K.H həbs olunub.
Cinayət işi üzrə ilkin istintaq davam edir.
Alpər Mövludoğlu
Ordu.az