Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan öz “Facebook” səhifəsində qeyd edib.
Onun sözlərinə görə, bu baxımdan pis deyil, əksinə, çox yaxşıdır ki, bazanın imkanları gücləndirilir.
“Bəli, baza dekorasiya deyil və olmamalıdır. Əgər baza varsa, o, ən son silahlanma ilə təmin olunmalıdır. Ermənistandakı rus hərbi bazasının təmkinləşdirici əhəmiyyəti var”, - deyə deputat bildirib.
Qeyd edək ki, Marukyanın da daxil olduğu “Yelk” ittifaqı vaxtilə Ermənistanın KTMT və AİƏT tərkibindən çıxmasını, 102-ci rus hərbi bazasının fəaliyyətinin sonlandırılmasını tələb edirdi.
Alpər Mövludoğlu
Ordu.az