Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Azad Arşakyan Kalaşnikovun müşahidələrinə toxunarkən bildirib.
Onun sözlərinə görə, Ermənistan onlardan qərar verməsini tələb etməlidir.
“Əgər onlara silah satırsınızsa, bizə hədiyyə etməlisiniz. Əgər biz tərəfdaşıqsa, bu, o deməkdir ki, maraqlarımız, strateji maraqlarımız üst-üstə düşür. Sizin silahınız var, bizim hərbçimiz, silah verirsiniz ki, biz ümumi maraqlarımızı müdafiə edək. Siz müttəfiq kimi bizə silah satırsınız ki, maraqlarınızı müdafiə edək? Pul verək, sizi müdafiə edək? Həm müdafiə edək, həm də ödəyək? Siz ödəməlisiniz və silah verməlisiniz. Ödəyin ki, bu regionda maraqlarınızı müdafiə edək”, - deyə Arşakyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az