Ermənistanda hərbi xidmətə çağırış üzrə Tibbi Komissiyanı yaratmaq mümkün olmur

2019/11/20522-1573124123.jpg
Oxunub: 356     17:54     07 Noyabr 2019    
Ermənistanda Müdafiə və Səhiyyə nazirikləri arasında Mərkəzi Tibbi Komissiyanın tərkibinin formalaşdırılması ilə bağlı fikir ayırlığı yaranıb.

Ordu.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu müdafiə nazirinin müavini Qabriel Balayan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, dekabrın 16-da həqiqi hərbi xidmətə növbəti çağırış başlayacaq: “Biz Səhiyyə Nazirliyindəki həmkarlarımıza ötən ildən fərqli olaraq bu il Tibbi Komissiyaya səhiyyə nazirinin müavininin sədrlik etməsini təklif etmişik”.

Ancaq iclada iştirak edən səhiyyə nazirinin müavini Anait Avanesyan bildirib ki, komissiyanın tərkibi ilə bağlı nazirliyin şərtləri var: “Şifahi müzakirə uyğun layihənin razılaşdırılması demək deyil. Bu tərkibdən biz ciddi şəkildə ehtiyat edirik və ona razılıq verməyə hazırlaşmırıq”.

Ermənistanın baş naziri Nikol Paşinyan bildlirib ki, iki nazirlik problemi öz aralarında həll etsin və çağırışla bağlı layihə Tibbi Komissiya maddəsi olmadam qəbul edilsin.

Layihəyə əsasən, komissiyanın sədri vəzifəsinə səhiyyə nazirinin müavini Akop Akopyanın, sədrin müavini postuna həkim Qarik Sarkisyanın, Səhiyyə Nazirliyinin nümayəndəsi Ovik Balyanın namizədlikləri irəli sürülüb. Komissiyaya 2 terapevt, 2 kardioloq, nevropatoloq, dermatoloq, 2 cərrah, 2 travmatoloq, 2 oftalmoloq və 2 psixiatr daxil edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Özbaşınalıq  

Ermənistanda hərbi xidmətə çağırış üzrə Tibbi Komissiyanı yaratmaq mümkün olmur

2019/11/20522-1573124123.jpg
Oxunub: 357     17:54     07 Noyabr 2019    