Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Ruben Mehrabyan bildirib.
Onun sözlərinə görə, problem Rusiyanın Ermənistanın müttəfiqi olmasındadır.
“Əgər Rusiya Ermənistanı müttəfiq hesab edirsə, Ermənistanın da bu silaha ehtiyacı var, buna görə də, bəli, silahı tədarük etmək lazımdır, yoxsa hansı günün müttəfiqidir? Bunu yaxşılıq kimi bizə “satmaq” lazım deyil”,- deyə politoloq bildirib.
Mehrabyan qeyd edib ki, Ermənistan öz hərbi-siyasi əməkdaşlığını və təhlükəsizlik siyasətini diversifikasiya etməlidir.
“Hər şeydən əvvəl çox sadədir: Ermənistan müxtəlif istiqamətlərdə bir çox addımlar ata bilər və burada Rusiyanın məhdudlaşdırıcı rolunu çıxarmaq lazımdır. Ermənistan ərazisində hərbi təlimlər keçirmək imkanı məhduddur. Məsələn, biz Ermənistanda yunanlarla, gürcülərlə hərbi təlimlər keçirə bilmirik. Sual yaranır, nə üçün?”, - deyə erməni politoloq bildirib.
Alpər Mövludoğlu
Ordu.az