Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, öncə qonaqlar məktəbin ərazisində ucaldılan xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu öndərin xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib.
Sonra qonaqlara hərbi məktəbin tarixinə, təlim-tədris prosesinə və ümumi fəaliyyətinə dair ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarında olan tədris vəsaitləri, maddi-texniki və hərbi təyinatlı digər vasitələrlə yaxından tanış olub. Qonaqlara ixtisas fakültələrinin döyüş texnikası, təlim trenajorları, atıcı silahlar və digər hərbi avadanlıqları barədə ətraflı məlumat verilib.
Ordu.az