Gürcü torpaqlarını ələ keçirən Ermənistan separatizmi Gürcüstana ötürür

2019/11/A0A3D-1573042072.jpg
Oxunub: 997     10:12     07 Noyabr 2019    
Ermənistanın Gürcüstana qarşı “sürünən” təcavüz problemi barədə dəfələrlə yazılıb. SSRİ-nin dağılmasından sonra illər ərzində Ermənistan sərhədçiləri qanunsuz olaraq Gürcüstan-Ermənistan sərhəddini Gürcüstan tərəfə “sürüşdürür”lər.

Ərazilərin birində sərhədi 400 metrdən çox şimala çəkiblər və nəticədə gürcü ruhani və zəvvarların ziyarət edə bilmədikləri gürcü Xujabi monastırı erməni nəzarəti altına keçib. Digər ərazlərdə də sərhədin sürüşdürülməsi təxminən bu miqyasda baş verir.

Nəticə etibarilə Türkiyədən Azərbaycana qədər bütün Gürcüstan-Ermənistan sərhədi qanunsuz olaraq şimala “sürüşdürülüb”. Ermənistan hakimiyyəti Gürcüstanın onlarla kvadrat kilometr ərazisinə qanunsuz olaraq “sahiblik” edir. Bu, təkcə Gürcüstan və sərhəd bölgələrinin əhalisi üçün zərərli deyil, həm də sülh və təhlükəsizliyə təhdid də ola bilər. Həm də yalnız Gürcüstanda deyil, bütün Cənubi Qafqazda.

Məsələ bundadır ki, Ermənistan sərhədçiləri Gürcüstan-Türkiyə və Gürcüstan-Azərbaycan sərhədlərinə bitişik əraziləri də qeyri-qanuni olaraq “sürüşdürür”. Nəticədə, indi bu ərazilərin Gürcüstan ərazisindəki "kəsişən" sərhəd əraziləri Ermənistan tərəfindən özbaşına irəli çəkilib.

Üstəlik, Gürcüstan-Ermənistan və Gürcüstan-Azərbaycan sərhədlərinin qovşağında Ermənistan tərəfi Gürcüstan ərazisinə qanunsuz olaraq hərbi bölmələrini daxil edib. Yəni Ermənistan təcavüzkar kimi özbaşına sərhədi sürüşdürməklə yanaşı, həm də qoşunlarını "qanunsuz" şəkildə o əraziyə yerləşdirib. Və əslində bu, Gürcüstan ərazisində hərbi əməliyyatları təhrik etməyə başlayıb.

Azərbaycanın qonşusu olan Gürcüstanın ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı, Azərbaycanın sərhədçilərinin Qazax rayonunda Ermənistanla sərhəddə bir sıra strateji yüksəklikləri ələ keçirməyənə qədər davam edə bilərdi. Nəticədə, Gürcüstan ərazilərini qanunsuz işğal edən erməni qoşunları Azərbaycan sərhədçilərinin yeni mövqeləri ilə Gürcüstanın işğal edilməyən əraziləri arasında “sıxışdırıldı”. Nəticədə, erməni işğalçıları sərhəd qovşağına bitişik gürcü torpaqlarını qismən təmizləməyə məcbur oldular.

Erməni təxribatçıları, bu uğursuzluqdan belə dividend çıxartmağa cəhd etməsəydilər, eyni zamanda Gürcüstanla Azərbaycan arasındakı münasibətləri pisləşdirməyə çalışmasaydılar, onda erməni olmazdılar.

Məsələn, həddindən artıq millətçi bir erməni nəşri panarmenian.net saytında təxribat xarakterli bir yazı yerləşdirilib: "Bellingcat: Azərbaycan Gürcüstan ərazisinə daxil olmağa çalışır".

İngilis nəşrindəki erməni təbliğatçılarının istinad etdiyi məqalə açıq şəkildə "xüsusi sifariş"lə yazılub. Bu materialdan çıxarışlar:

"Azərbaycan Babakər dağının Gürcüstan hissəsindəki yeni yüksəkliklərdə mövqeyini möhkəmləndirib", - deyə "Bellingcat" jurnalının araşdırmasında qeyd edilib.

Babakər dağı Ermənistan, Gürcüstan və Azərbaycanın dövlət sərhədlərinin qovuşduğu bir nöqtədir.

2019-cu ilin aprelində Azərbaycan mediası Ermənistanla sərhəddəki strateji yüksəkliklərin nəzarəti altına alındığını bildirdi.

Avqustun 16-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov sərhədçilərimizin "bir sıra istiqamətlərdə - strateji əhəmiyyətli yüksəkliklər və yeni mövqelər üzrə irəlilədiyini" bildirdi.

Bununla yanaşı, "Google" tərəfindən çəkilən son peyk fotolarını araşdırdıqdan sonra, "Bellingcat" müəllifləri, 2019-cu ilin aprel ayında Azərbaycanın Gürcüstan ərazisində irəliləməsinin baş verdiyini iddia etdilər.

"Azərbaycan mövqelərinin möhkəmlənməsi şimala, sərhədi keçərək Gürcüstan ərazisinə keçib. Mövcud peyk görüntülərinə əsasən, Azərbaycan bu yeni zirvəyə nəzarəti 2019-cu ilin aprelində ələ keçirməyə nail olub.

Azərbaycan rəsmiləri mövqelərin istiqamətləri barədə dəqiq izahat vermədikləri halda, bəzi rusdilli KİV-lər Gürcüstan ərazisinin son strateji fəaliyyətlər nəticəsində pozulduğunu yazırlar", - deyə təxribatçı materialda bildirilir.

Qeyd olunur ki, guya Gürcüstandakı Azərbaycan bazalarından biri, hakim bir yüksəklikdə, Gürcüstan Qırmızı Xaçından cəmi 380 metr məsafədə, Bakı-Gəncə-Tbilisi magistral yolu üzərində yerləşir.

Maraqlıdır ki, erməni qoşunları qeyri-qanuni olaraq Gürcüstan ərazisinə girdikdə, sərhədi özbaşına "sürüşdürəndə" bu iddialar erməni təbliğatçılarından heç kimi narahat etmirdi.

Reallıq isə odan ibarətdir ki, Azərbaycan sərhədçiləri avqustun 16-da Ermənistan-Azərbaycan sərhədində strateji yüksəklikləri ələ keçirdikdə və Gürcüstan tərəfə baxan Babakər dağının yamacında yerləşən erməni qoşunları Azərbaycan ordusunun "silahının altında" görünən kimi tez bir zamanda Gürcüstan ərazisini tərk etdilər.
Azərbaycan sərhədçiləri Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədlərini heç vaxt pozmayıblar və Gürcüstan ərazisinə bir metr də olsun daxil olmayıblar. Lakin buna baxmayaraq, erməni dezinformasiya maşını xarici mediada təxribat xarakterli məqalələrlə "hay-küy"qsalmağa çalışır.

Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyasının hələ də Ermənistan tərəfinin günahına görə aparılmadığından, indi üç ölkə sərhədlərinin qovşağında itirdikləri hündürlüyü Gürcüstana "hədiyə olaraq verirlər". On minlərlə kvadrat kilometrlik qanunsuz işğal olunan Gürcüstan ərazilərinə də ev sahibliyi etməyə davam edirlər.

Eyni materialda, Küşikçidağla bağlı da xüsusi olaraq hazırlanan təxribatçı bir "əlaqələndirmə" edilir, baxmayaq ki, Gürcüstan və Azərbaycan artıq sərhədin delimitasiyası və demarkasiyası işlərini başa çatdırır. Üstəlik, gürcü ruhaniləri monastırın həm Gürcüstan ərazisində, həm də Azərbaycan ərazisində yerləşən hissəsini sərbəst ziyarət etmək imkanını da əldə ediblər.

Bu cür təxribatlardan sonra Gürcüstan rəhbərliyi təcili olaraq Gürcüstan-Ermənistan sərhədinin Ermənistan sərhədçiləri və qoşunları tərəfindən icazəsiz şəkildə pozulmasına, Gürcüstan ərazilərini qanunsuz işğal edilməsinə diqqət yetirməli və tədbirlər görməlidir.

Birincisi, Xujabi monastırı da daxil olmaqla sərhədi "sürüşdürərək" qanunsuz əldə edilən torpaqların dərhal Gürcüstana qaytarılması tələb edilməlidir.

İkincisi, Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası ən qısa müddətdə aparılmalıdır.

Üçüncüsü, xüsusi komissiya Ermənistanın öz ərazisi kim davrandığı Gürcüstan torpaqlarına vurduğu ziyan (meşələrin qırılması, Gürcüstan vətəndaşlarını əkinçilik imkanlarından məhrum edilməsi, tarixi və mədəniyyət abidələrinin məhv edilməsi) qiymətləndirməli və Ermənistan Respublikası hökumətindən bu ziyanın tam kompensasiyası tələb etməlidir.

Əgər bu edilməsə, Ermənistanın Gürcüstan ərazisindəki təxribatları davam edəcək. Bu isə nəticədə, onların Qafqazda peyda olmalarından 100 il ərzində dəyişən müvəffəqiyətlə apardıqları separatçı fəaliyyətlərini Gürcüstana, Cavaxetiyaya köçürmə cəhdlərinə gətirib cıxaracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Gürcüstan   İşğal  

Gürcü torpaqlarını ələ keçirən Ermənistan separatizmi Gürcüstana ötürür

2019/11/A0A3D-1573042072.jpg
Oxunub: 1000     10:12     07 Noyabr 2019    