Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni amerikaşünas Suren Sarkisyan Paşinyanla ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin görüşünü şərh edərkən bildirib.

O, cəmi bir neçə gün bundan öncə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşünü, ikitərəfli əlaqələrlə bağlı bəzi proqramları müzakirə etdiyini xatırladıb.
“Gürcüstanla da məzmunlu iş var, silahlı qüvvələr, təhlükəsizlik sistemi və s. Türkiyəyə gəlincə, bu gün müəyyən qədər gərginlik var, lakin Türkiyə Birləşmiş Ştatlar üçün strateji əhəmiyyətə malikdir və bugünkü pis münasibətlər belə qalmayacaq, təbii olaraq əlaqələrin istiləşməsinə doğru yerdəyişmələr olacaq. İran isə ABŞ-ın hədəfində hər zaman bir nömrəli düşmən kimi qalır”, - deyə Suren Sarkisyan bildirib.
Erməni amerikaşünas bildirib ki, müqayisədə hər şeyi düzgün müşahidə edilib.
“Yenidən müqayisəyə toxunaq: Azərbaycan Müdafiə naziri ABŞ Müdafiə naziri ilə görüşüb, lakin bizim Müdafiə nazirimizlə hələ görüş olmayıb. Ümid edirəm ki, görüş planlaşdırılma mərhələsindədir. Həm Azərbaycan, həm də Gürcüstan rəsmiləri ilə aktiv əlaqələr var. Bu baxımdan onlar daha irəli gediblər, Birləşmiş Ştatlarla daha operativ və effektiv işləyirlər”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az