Xidmət yoldaşını yatılı vəziyyətdə qətlə yetirən erməni hərbi qulluqçunun işindən DETALLAR

2019/11/00-73-1573028822.jpg
Oxunub: 454     20:24     06 Noyabr 2019    
Ermənistanın Sünik apellyasiya məhkəməsi Karen Hovhanisyanın cinayət işi üzrə apellyasiya şikayətinə baxılmasına davam edib. 1997-ci il təvəllüdlü Karen Hovhanisyana qarşı Cinayət Məcəlləsinin 373-cü maddəsinin 3-cü bəndi üzrə ittiham irəli sürülüb.

İttihama əsasən, müddətli xidmət hərbi qulluqçusu olan Hovhanisyan kiçik çavuş rütbəsində manqa komandiri olaraq döyüş növbətçiliyinin tərkibinə təyin edilib. Əmrə əsasən o, post başçısı olub. 2017-ci il yanvarın 16-sı saat 23:30 radələrində Karen Hovhanisyan leytenant Poğosyanla birlikdə su və dırmıq gətirmək məqsədi ilə digər posta gediblər. Öz postlarına qayıtdıqdan sonra leytenant Poğosyan avtomatını postun ayıq növbəsi olan Vladimirə verməklə silahın boşaldılmasını yoxlayaraq, yerinə qoymasına tapşırıq verib, özü isə ayaqyoluna gedib. Orada olan post başçısı Karen Hovhanisyan ayıq növbəsini həyata keçirən Vladimirin xidmətdən yayınmaması məqsədi ilə leytenantın silahını götürüb postun qazmasına gedərək, orada avtomatı şəxsən boşaldıb.

İttihama görə, həmin anda qazmada bəzi hərbi qulluqçular yatmış halda olub. Rabitəçi əsgər S.Qurgen isə telefonun yanında dayanmış vəziyyətdə olub. Qazmaya daxil olaraq Karen Hovhanisyan silahın boşaldılması prosesinə başlayıb, bu zaman silahla davranış qaydalarını pozaraq, mərmi ilə dolu xəzinəni avtomatdan ayırmadan avtomatın qoruyucusunu açıb və bununla da silahı boşaltmaq əvəzinə yenidən silahı doldurub. Yoxlama atəşi məqsədi ilə tətiyi çəkdikdə isə açılan atəş rabitəçi S.Qurgenin baş nahiyəsinə dəlib keçən odlu silah yarası xəsarətini yetirib.

Həddindən artıq ağır vəziyyətdə olan rabitəçi hospitala təxliyyə edilib. O, 24 yanvar 2017-ci ildə təxliyyə edildiyi Mərkəzi hospitalda 1 mart 2017-ci ildə huşu özünə gəlmədən ölüb. İrəli sürülən ittiham üzrə Karen Hovhanisyan ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü günahkar hesab etsə də, məhkəmədə ifadə verməkdən imtina edib. İbtidai istintaq zamanı hadisəni törədən Hovhanisyan atəş nəticəsində ölən rabitəçi Qurgen ilə aralarında heç bir mübahisə olmadığını bildirib. O qeyd edib ki, silahın boşaldılması üçün xüsusi ayrılmış yer uzaq olduğuna görə ora gedib. Qazmada silahı boşaldarkən əsgərlə silahın arasındakı məsafəyə diqqət yetirmədiyini, atəş açılmayacağına əmin olduöunu bildirib. Lakin unutqanlıq səbəbindən güllə darağının silahdan ayrılmadığını qeyd edib. Atəş açıldıqdan sonra təqsirləndirilən şəxs silahı yerə atıb. O bildirib ki, əsgər Qurgeni öldürmək və ya onun sağlamlığına xəsarət yetirmək niyyəti olmayıb. Silahla davranış qaydalarını pozaraq, əsgər S.Qurgenə odlu xəsarət yetirdiyini etiraf edib. Hovhanisyan qeyd edib ki, silahın qazmada boşaldılması haqqında özü təşəbbüs göstərib və leytenant Poğosyan bundan xəbərdar olmayıb.

Məhkəmə silahla davranış qaydalarını diqqətsizlikdən pozmasına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə Qaregin Hovhanisyanı günahkar hesab edib. Onu 5 il 6 ay azadlıqdan məhrum etmə haqqında qərar verib. Cəzanın çəkilməsinin başlanma tarixi 17 yanvar 2017-ci il tarixdən hesablanmaqdadır.

Bu qərara qarşı təqsirləndirilən şəxsin vəkili Vazgen İşxanyan zərərçəkənin varisi S.Harutyun zərərçəkənin varisinin nümayəndəsi vəkil Liparid Simoyana apellyasiya şikayəti verib. Təqsirləndirilən şəxsin vəkili İşxanyan tələb edib ki, cəza yüngülləşdirilməklə hökm dəyişdirilsin. Cəzanı şərti olmasa da, sınaq müddətinin təyin edilməsini istəyib. Həmçinin o, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı amnistiya aktının tələblərinin tətbiq edilməsini xahiş edib.

Zərərçəkənin varisinin təqdim etdiyi və məhkəmə tərəfindən açıqlanmayan 900 min dram mülki iddianın tələb edilməsi vəkilin fikrincə əsassızdır. Zərərçəkənin varisi və onun nümayəndəsi cinayət işinə yenidən baxılmasını, bir neçə şahidin məhkəməyə gətirilməsi və dindirilməsini, hökmün ləğv edilməsini, cinayət işinin həmin aşağı məhkəməyə geri qaytarılmasını, lakin yeni tərkibdə başqa istintaq təyin olunmasını, göndərilmədiyi halda cəzanın sərtləşdirilməsi ilə hökmün dəyişdirilməsini və insan hüquqlarının bəyannaməsi ilə nəzərdə tutulan həyat hüququnun pozulduğu müddəasının mütləq qeyd edilməsini tələb edib.

Apellyasiya məhkəməsi şikayətlərin baxılmasına kassasiya qaydasında baxmağa başlayıb və apellyasiya proseduruna uyğun davam edib. İttihamçı prokuror çıxış edərək, Sünik məhkəməsinin qərarının əsaslı olduğunu iddia edib. O bildirib ki, həm zərərçəkənin vəkili həm də varislərinin şikayəti əsassızdır və rədd edilməlidir.

Prokuror ilkin istansiya məhkəməsinin qərarının dəyişilməz olaraq qalmasını tələb edib. Məhkəmə amnistiya aktının tətbiq edilməsinin mümkünsüz hesab edərək, bunun üçün polis orqanının təqsirkar şəxsin barəsində mühakimə edilməsinə dair arayış verməli olduğunu bildirib. Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin edilib və məhkəmənin polisin təqdim edəcəyi arayış əsasında son qərar verə biləcəyi ehtimal edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  

Xidmət yoldaşını yatılı vəziyyətdə qətlə yetirən erməni hərbi qulluqçunun işindən DETALLAR

2019/11/00-73-1573028822.jpg
Oxunub: 455     20:24     06 Noyabr 2019    