Ölən erməni hərbi qulluqçuların anaları yenidən etiraz aksiyaları təşkil edəcək

2019/03/14973-1552558161.jpg
Oxunub: 31648     12:34     06 Noyabr 2019    
Ermənistanda “Qara geyimli analar-hökumət” dastanı yeni təkanla davam edir. Bir neçə gün bundan öncə Ermənistan hökumətində yenidən görüş baş tutub.

Ermənistan Baş nazirinin köməkçisi Suren Qambaryan “Əsgər” ictimai təşkilatının koordinatoru Marqarita Xaçatryan və “Bizi istisna qoymayın” ictimai təşkilatının rəhbəri Satik Xlğatyanla görüşüb. Görüşdə Paşinyanın sözçüsü Vladimir Karapetyan da iştirak edib.

Söhbət yenidən “konstruktiv kursa daxil olmayıb”. Qadınlar “1 Mart” qurbanlarına 30 milyon dram verildiyi kimi ölən hərbi qulluqçuların da yaxınlarına kompensasiya verilməsini yenidən tələb ediblər.

Onlara bildirib ki, siz çoxsunuz (təxminən 600 ailə). Daha sonra isə məsələnin mərhələli variantla 1000 dram fondundan həll edilməsi təklif olunub. Xaçatryan bildirib ki, belə bir mühasibatlıq ola bilməz, bu halda məsələ 10-11 il sonra həll olunacaq, alternativ yanaşma qəbul edin, bu ilin büdcə gəlirləri buna imkan verir.

Qambaryan 10-15 gün zaman istəyib, lakin valideynlər razı olmayıblar və hökumətin yaxın günlərdə baş tutacaq iclası zamanı nümayiş keçirməyə hazırlaşırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin