Ömürlük həbs edilən erməni hərbçi Paşinyana ordudakı cinayətlərlə bağlı çağırış etdi

2019/04/34534-1554193367.jpg
Oxunub: 522     17:44     06 Noyabr 2019    
Ermənistanda 15 ildir həbsdə olan və ömürlük həbs cəzası alan hərbi qulluqçusu orduda baş verən cinayətlərlə bağlı Nikol Paşinyana açıq məktub yazıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu, artıq eyni məzmunda yazılan üçüncü məktubdur.

Məktubu olduğu kimi təqdim edirik təqdim edirik:

“Hörmətli Baş nazir, mən, Artur Köçəryan Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra 15 illik tarixi olan mənim problemimi qabardaraq sizə artıq 3-cü dəfə müraciət edirəm. Əgər bu problemin qarşısını siz və hamımız almasaq, əminəm ki, problem davam edəcək. Problem orduda baş verən cinayətkarlıqla bağlıdır.

Mən, Artur Köçəryan, törətmədiyim cinayətə görə ömürlük həbs cəzası almışam, təqribən 15 ildir ki, baş verən cinayətlə heç bir əlaqəm olmadığı barədə müxtəlif fikirlər söyləyirəm. Bunu təkcə günahsız bir şəxs kimi deyil, cinayət işindəki faktlar da sübut edir.

Cinayət işində günahımı sübut edəcək heç bir dəlil, şahid yoxdur, cinayətin motivi və şəraiti mövcud deyil. Çoxsaylı məhkəmə araşdırması və ekspertizalar tərəfindən təkzib edilən yalnız bir yalançı ifadə var. Yəni ortaya çıxan faktlar və ya məhkəmə ekspertizasının rəyi günahkar olmadığımı ortaya qoyur, əksinə, ekspertlərin nəticələrinə zidd olan böhtan xarakterli bir ifadə əsasında həbs edildiyim məlum olur.

Cənab Paşinyan, mən yaxşı bilirəm ki, 25 ildir ölkənin üzləşdiyi problemlər bir-iki ildə həll olunmayacaq, ancaq bu məsələ ordumuzla birbaşa əlaqəli olduğu üçün əsas rol oynayır. Mən də yüz minlərlə kimi bir əsgər olmuşam, amma bir neçə nəfərdən biri də olmuşam.

Cənab Paşinyan, 21-ci əsrin şərinə çevrilən laqeydliyə qarşı şikayət getdikcə daha da artır. Mən sizin və bir çox insanın qarşılaşdığı mürəkkəb problemi çox yaxşı başa düşürəm, amma inanın, Ermənistan Silahlı Qüvvələrində törədilən cinayətlərə görə əsl cinayətkar və həqiqi günahkar cavab vermədiyi müddətdə belə hallar davam edəcək.

Ermənistan Respublikasının keçmiş hakimiyyəti orduda əsl günahkarları cəzasız qalması üçün əllərindən gələni əsirgəmədi. Pis vərdişin qarşısı alınmayınca bu davam edəcək.

Cənab Paşinyan, orduda baş verən cinayət hadisələrini araşdırmaq üçün tərkibində fəaliyyətdə olan müstəntiqlər və prokurorların daxil edilməyəcəyi, bu kimi cinayət işləri və nəticələrinin şəxsən sizə məruzə olunacağı müstəqil komissiya yaratmağınızı xahiş edirəm.

İstintaqın nəticələrinin dəyişdirilməməsi və yalan məlumatlar verilməməsi üçün müstəntiq və prokurorlarının işini həmin komitədə istisna edin ki, bu qeyri-adi fenomen nəhayət həm dövlət səviyyəsində, həm də aşağı səviyyədə aradan qaldırılsın. Ümid edirəm ki, günahsız ömürlük cəzaya məhkum edilmiş şəxsin xahişini rədd etməyəcəksiniz və gələcəkdə ölkədə gözlənilən ədaləti bərpa edəcəksiniz.

Sonda əlavə etmək istərdim ki, əgər bu cinayət işinə baxıldıqda mənim günahkar olduğum sübut edilərsə, o halda ömürlük həbs cəzası mənə azdır, məni güllələyin.

Ermənistan Ədliyyə nazirliyi “Armavir” cəza şəkmə müəssisəsinin ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş hərbi qulluqçusu Artur Köçəryan”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq   Cinayət  

Ömürlük həbs edilən erməni hərbçi Paşinyana ordudakı cinayətlərlə bağlı çağırış etdi

2019/04/34534-1554193367.jpg
Oxunub: 523     17:44     06 Noyabr 2019    