Ermənistan MN-in “ORSIS” qalmaqallı işində yeni korrupsiya faktları ortaya çıxıb

2019/11/00-81-1572952781.jpg
Oxunub: 473     17:18     06 Noyabr 2019    
Ermənistan Müdafiə Nazirliyinin bu ilin may ayında hərbi avadanlıqların təchizatı ilə bağlı elan etdiyi tenderin sonradan ləğv edilməsi ilə başlayan “ORSIS” qalmaqallı işi ilə bağlı yeniliklər ortaya çıxıb.

Məlumata görə, sözügedən tenderdə rus şirkəti qalib gəlib, daha sonra müəyyən səbəblərdən onun müraciəti rədd edilib və sövdələşmə imzalanmayıb. Rusiyanın “RİA Novosti” xəbər agentliyinin yazdığına görə, tender Ermənistan silahlı qüvvələrinə bir neçə milyon dollar dəyərində hərbi avadanlıqların tədarükünə dair olub. Məsələ ilə bağlı erməni mətbuatında kifayət qədər geniş məlumat verildiyi qeyd edilir.

Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhanisyanın məsələyə “aydınlıq” gətirməsinə səbəb isə hərbi sursat tədarükü ilə bağlı tenderin iflasa uğraması və rus xəbər portalı “RİA Novosti”nin məlumatlarının erməni KİV-lərində sürətlə yayılmaqla MN-in hərbi məhsullar istehsal edən ORSIS şirkəti tərəfindən məhkəməyə verildiyinə dair faktları təkzib etməkdən ibarət olub.

O qeyd edib ki, guya Ermənistan Müdafiə Nazirliyi qurum və dövlət orqanı olaraq, bu işlə bağlı hər hansı şirkətin nə Ermənistan üzrə rezidenti, nə əsas şirkət olan “Promtexnologiya” şirkəti ilə indiki məqamda hüquqi problemlərə cəlb edilməyib.

“Nə onlar MN-ə qarşı, nə də MN onlardan hər hansı birinə qarşı məhkəmə iddiası yoxdur. Müvafiq orqanlardan dəqiqləşirilməsi mümkün olan cinayətlər işləri var”, - deyə Hovhanisyan bildirib.

Jurnalistlərin “Qurum olaraq MN-ə qarşı deyilsə, o halda istintaqı aparılan cinayət işinə kim cəlb edilib” deyə verdikləri suala Hovhanisyan cavabında qeyd edib ki, onda olan məlumata əsasən, cinayət işi üzrə cəlb edilənlər arasında tenderin təşkili, şikayət, yaxud maliyyə sənədlərinin hazırlanmasında iştirak etdiyi ehtimalı olan şəxslər var.

Ermənistan Silahlı Qüvvələri polkovniklərinin “ORSIS” cinayət işi üzrə əlaqəsinə gəldikdə isə MN-in mətbuat katibi Artsrun Hovhanisyan etiraf edib ki, təəssüf doğurucu fakt olsa da, müəyyən qaranlıq məsələlər var və bunların cavabını istintaq orqanı verəcək. Xəbər verildiyi kimi hərbi avadanlıqların tədarükü ilə bağlı keçirilən tenderdə yalnız “ORSIS” şirkəti deyil, Ermənistanda qeydiyyatda keçən, şirkətin rezidenti hesab edilən və vəkil Aleksandr Sirunyan tərəfindən “Promtexnologiya”nın Ermənistan üzrə tərəfdaşı kimi təqdim edilən “ORSIS ARMS” MMC-nin müraciəti də qeydə alınıb.

Haqqında söz açılan “ORSIS” şirkətinin məhz “Promtexnologiya” MMC-nin tərkib hissəsi olduğu qeyd edilir. Başqa sözlə, “ORSIS”, “PROMTEXNOLOGİYA”nın ticarət nişanıdır. Ancaq bu prosesdə Ermənistan SQ-nin iki yüksək vəzifəli polkovnikləri, Artur Qalstyan və Qevork Manukyan tərəfindən təsis edilən bənzər “ORSİS ARMS” adlı MMC-də iştirak edib. Bu şirkət 2017-ci ildə təsis edilib. Təsisçilərdən polkovnik Artur Qalstyan hazırda SQ-nin Baş Qərargahının hərbi topoqrafiya şöbəsinin rəisidir. Polkovnik Qevork Manukyan isə ehtiyatda olan zabitdir. Yeri gəlmişkən hərbi topoqrafiya şöbəsinin rəisi polkovnik Qalstyan son vaxtlar bu şirkətdəki fəaliyyətini dayandırıb.

Əvvəlki məqalələrdə qeyd edildiyi kimi erməni zabitlərinin bu məsələdə iştirakını nəzərə alaraq bəzi korrupsiya təzahürləri də istisna edilmir.

Hərbi nişangah əvəzinə ovçuluq üçün nəzərdə tutulan nişangah?

Konkret söhbətin hansı avadanlıqlardan getdiyinə ətraflı nəzər salaq. Söhbət gecəgörmə cihazları və termal nişangahların tədarükündən gedir. Cihazların istehsalı üzrə çoxillik təcrübəyə malik olan Ermənistan şirkəti “Unikom İnjeneriq” MMC-də bu tenderdə iştirak etməyə iddia verib. Ancaq tenderdə bu şirkətə deyil, “ORSIS ARMS” şirkətinə üstünlük verilib. Daha sonra “Unikom İnjeneriq” MMC şikayət verərək bildirib ki, guya təklif edilən cihazların texniki-taktiki xassələri saxtalaşdırılıb.

İddialara görə, “Unikom İnjeneriq” MMC-nin direktoru aidiyyəti qurumlara məktub yazaraq qeyd edib ki, “ORSIS” tərəfindən təklif edilən (“Didal” şirkətinin istehsalı) “DEDAL-T2, 380 HUNTER LRF” termal nişangah təqdim edilən tələblərə cavab vermir. Çünki əslində bu nişangah hərbi əməliyyatlar üçün deyil, ovçuluq məqsədlərinə nəzərdə tutulub. Həmçinin cihazın adındakı “HUNTER” (ovçu – red.) sözü də buna işarə edir. Məktubda cihazın TTX-sı aşağıdakı kimi təqdim olunub:

- Cihazın üzərində lazer məsafə ölçən quraşdırılıb. Onun hədəfi aşkaretmə məsafəsi 600 metrədək olmaqla, aşkaretmə məsafəsi 1600m göstərilən xarakteristikasına cavab vermir;

- “DEDAL” lazer məsafə ölçəni mülki təyinat üçün nəzərdə tutulub. Onun hərbi təyinat üçün istifadəsi qadağandır. Cihazın hərbi təyinat üçün istifadə edildiyi halda, rəqib əsgərin yerini müəyyən edə və əsgəri hədəf halına gətirə bilər. Məsafə ölçən cihaz 905 nanometr dalğa uzunluğunda işləyir. Bu isə qəti şəkildə hərbi təyinatlar üçün istifadəni qadağan edir.

Baş tutmayan sövdələşmənin dəyəri

Hərbi əməliyyatlar üçün istifadəsinin qadağan edildiyini gördüyümüz bu həvəskar cihaz Rusiyanın hərbi dükanlarında 330 rubl dəyərinə satılır. Ermənistan Təhlükəsizlik orqanlarının Rusiya istehsalçılarından birbaşa satınalmalar ixtiyari olduğuna görə belə çıxır ki, “DEDAL” şirkətinin hər bir cihazı üçün 2 mln dram ödənilməlidir.

Ancaq 300-400 ədəd cihaz əldə edilməsinin zəruri olduğunu nəzərə aldıqda bu qiymət 15-20 % endirimlə təqdim edilməli olduğu məntiqə uyğundur. Ancaq “ORSIS” şirkətinin Ermənistan nümayəndəliyi bu həvəskar nişangahlar üçün 3,1 milyon dram qiymət təklif edib. Ümumi sövdələşmənin qiyməti 1,9 mlrd dram təşkil etməklə 4 milyon ABŞ dolları deməkdir.

“Birincisi, cihazın texniki xassəsi saxtakarlaşdırılıb. “Joğovurd” qəzeti qeyd olunan məqaləsində yazıb ki, işə hüquq mühafizə orqanları müdaxilə edib. Buna səbəb baş qərargahdan saxta sənəd çıxmasıdır.

İkincisi, hərbi təyinatlı nişangah əvəzinə ovçuluq təyinatı olan nişangah təklif edilib. Bu səbəblə ordunun hərbi qulluqçuları rəqibin hədəfinə çevrilə və həyatlarını təhlükəyə ata bilərdilər.

Üçüncüsü, cihazın həvəskar olduğu kifayət etməməsi ilə yanaşı əlavə olaraq, baha qiymətə təklif olunur. Həmçinin məsələnin siyasi tərəfi də var”, - deyə erməni KİV-lərindən biri yazır.

Erməni KİV-lərindən fərqli olaraq, “ORSIS” şirkətinin nümayəndəsi “RİA NOVOSTİ” agentliyinə verdiyi müsahibəsində qeyd etdiklərindən əlavə yaranan vəziyyətin Ermənistanda inşa ediləcək güllə zavodunun tikintisi layihəsinə ziyan vurduğunu qeyd edib. Bu zavodun tikintisinin Rusiya sərmayəsi hesabına başa gələcəyi ehtimal olunurdu. Söhbət bir neçə milyon dollardan gedir.

Bununla yanaşı, erməni rəsmiləri və KİV-ləri “ORSIS” şirkətinin daxil olduğu “Promtexnologiya” şirkətinin ləğv edilmiş silah tədarükü razılaşması məsələsini həll etmək üçün Ermənistan Müdafiə Nazirliyindən qeyri-rəsmi dəvətlər alması barədə məlumatlarını cavablandıra bilmirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ORSİS   Ermənistan  

Ermənistan MN-in “ORSIS” qalmaqallı işində yeni korrupsiya faktları ortaya çıxıb

2019/11/00-81-1572952781.jpg
Oxunub: 474     17:18     06 Noyabr 2019    