"Ermənistan 4 ölkədən silah alır" - Tonoyan

2019/11/try-1572866824.jpg
Oxunub: 15432     15:10     04 Noyabr 2019    
"Cari ilin dekabrında və ya 2020-ci ilin yanvar-fevral aylarında Rusiya Ermənistanı Su-30 qırıcıları ilə təmin edəcək".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistanın Müdafiə naziri Davit Tonoyan jurnalistlərə açıqlamasında bildirib.

Silah tədarükü məsələsinə toxunan Tonoyan bildirib ki, Ermənistan ən azı 4 ölkədən silah alır.

Jurnalistlərin "Rus hərbi bazasının təkmilləşdirilməsi yalnız silahlanma ilə əlaqələdir, yoxsa kadr sayının artırılması və torpaq sahəsinin ayrılmasını da nəzərdə tutur?" sualına isə Tonoyan belə cavab verib: "102-ci rus hərbi bazası həm silahlanma, həm maddi-texniki təminat, həm də hərbi qulluqçuların yaşayış şəraitinin yaxşılaşdırılması baxımından təkmilləşdirilir".

Tonoyan qeyd edib ki, torpaq sahəsi və hərbi qulluqçuların sayının artırılması planlaşdırılmayıb.

"Fərqləndirmələr olur: hansısa ərazi təmin edilir, hansısa ərazi artıq istifadə olunmur, Müdafiə Nazirliyinə keçir, lakin bütün ərazilər Ermənistan ərazisi olaraq qalır, bu, sadəcə istifadə üçün verilir",- Tonoyan bildirib.

Cəbhə xəttindəki vəziyyətə toxunan Tonoyan qeyd edib ki, gərginlik baş versə də, hazırda yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Silah   102-baza  


Bizi "telegram"da izləyin