“Sasna Tsrer” rəsmisi: “Rusiya 102-ci hərbi bazaya görə pul ödəməlidir”

2019/11/00-65-1572846736.jpg
Oxunub: 30501     12:50     04 Noyabr 2019    
“Elə bir gün gələcək ki, ölkəmiz ərazisində hər hansı xarici dövlətin hərbi bazası olmayacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu radikallığı ilə seçilən “Sasna Tsrer” partiya (daha öncə silahlı qruplaşma – red.) katibliyinin koordinatoru Varujan Avetisyan bildirib.

Avestisyan Ermənistanda yerləşdirilmiş 102-ci rus hərbi bazası ilə bağlı qeyd edib ki, erməni-rus əlaqələrinin bütün sistemi köklü şəkildə yenidən nəzərdən keçirilməlidir.

“Bunların xarakterinə görə müstəmləkə olduğu müddətcə, Rusiya öz maraqlarını maraqlarımız hesabına həyata keçirəcək. Rusiya hərbi bazası da müstəsna olaraq Rusiya maraqlarını maraqlarımız hesabına müdafiə etmək üçün Ermənistan ərazisindədir. Buna görə də, hazırda regionda artan gərginliklər fonunda Rusiyanın bu cür yanaşması, fəaliyyətləri həyati maraqlarımıza toxuna və bizim üçün ekzistensial təhdidlər yarada bilər”, - deyə o bildirib.

Avestisyan qeyd edib ki, bir gün Ermənistanda heç bir dövlətin hərbi bazası olmayacaq.

“Rusiya beynəlxalq standartlara uyğun olaraq ərazimizi istifadə etdiyinə görə pul ödəməlidir, yalnız raket əleyhinə müdafiə qüvvələri və vasitələri buraxılmalıdır, quru bölmələri isə çıxarılmalıdır, çünki onların mövcudluğu Ermənistanın müstəqilliyinə və subyektivliyinə təsir edir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sasna-Tsrer   102-baza   Rusiya  


Bizi "telegram"da izləyin