Rusiyanın Ermənistandakı səfirliyi: Hərbi baza məsələlərini Qərbin pulları ilə müzakirə etmək lazım deyil

2019/11/13382-1572691744.jpg
Oxunub: 10945     15:48     02 Noyabr 2019    
Xəbər verdiyimiz kimi, Ermənistanda “Rusiyanın Ermənistan, Moldova və Ukraynada hərbi mövcudluğu və onun insan hüquqlarına təsiri” adlı insan hüquqlarına Rusiya mövcudluğunun təsiri haqqında hesabat təqdim edilib. Hesabat Avropa İttifaqı və ABŞ fondları tərəfindən maliyyələşdirilib.

Rusiyanın Ermənistandakı səfirliyi Ermənistanda Rusiya Federasiyası Silahlı Qüvvələri bazasının mövcudluğu haqqında hesabatla bağlı öz təəccübünü bildirib.

“Maliyyə mənbələrini nəzərə alaraq bu cür araşdırmaların nə dərəcədə obyektiv ola bilməsi anlaşılmazdır”, - deyə Rusiyanın Ermənistandakı səfirliyinin bəyanatında qeyd edilib.

Eyni zamanda səfirlik vurğulayır ki, erməni cəmiyyəti 102-ci hərbi bazanın fəaliyyətinin müxtəlif aspektləri haqqında məlumatlandırılmış olsun.

“Biz dialoq üçün açığıq və tam şəffaf işləyirik”, - deyə bəyanatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin