Rus analitik: “Rus hərbi bazasının Ermənistandan çıxarılması kursunu Paşinyan hökumətindən gözləyirəm”

2019/05/modes-1557993858.jpg
Oxunub: 27002     11:29     04 Noyabr 2019    
“Baza potensialının iki dəfə artırılması o deməkdir ki, Rusiya Ermənistan hakimiyyətinin milli məsuliyyətə malik olcağına və tərəfdaş gücünü idarə edəcəyinə inanır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın birinci dərəcəli dövlət müşaviri, siyasi analitik Modest Kolerov Ermənistanda yerləşdirilmiş 102-ci rus hərbi bazasının hərbi potensialının iki dəfə artırılması faktına toxunarkən bildirib.

Kolerovun sözlərinə görə, Gümrüdə yerləşdirilmiş 102-ci rus hərbi bazasının döyüş qabiliyyətinin iki dəfə artırılması faktına baxmayaraq, rus hərbi bazasının Ermənistandan çıxarılması planı Ermənistanın hazırkı hakimiyyətinin fəaliyyət perspektivində mümkündür.

Onun sözlərinə görə, baza potensialının iki dəfə artırılması o deməkdir ki, Rusiya Ermənistan hakimiyyətinin milli məsuliyyətə malik olacağına və tərəfdaş gücünü idarə edəcəyinə inanır.

“Müvəqqətilərin hakimiyyəti gec ya tez sona çatacaq. Rusiya Azərbaycanla cəzbedici, Türkiyə ilə hazırda müvəqqəti heyranedici münasibətlərə malik olaraq sabahın təhdidləri haqqında düşünür. Bu, o deməkdir ki, hətta indiki hakimiyyət belə Rusiyanı Ermənistandan çıxarmır və gələcək haqqında düşünməyə məcburdur. Lakin mən bir daha təkrar edirəm ki, bazanın çıxarılması kursunu Paşinyan hökumətindən gözləyirəm”,- deyə Kolerov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   102-baza   Kolerov  


Bizi "telegram"da izləyin