"Kolerov" sözünə uyğun 25 nəticə tapıldı!

“Rusiyanın Gümrüdəki 102-ci hərbi bazaya artıq ehtiyacı yoxdur” – Kolerov

2018/12/32-1545128616.jpg
Oxunub: 1662     14:13     18 Dekabr 2018    
“Bəli, məncə, Gümrüdəki Rusiya hərbi bazası Ermənistan ərazisindən çıxarılmalıdır. Rusiyanın artıq ona ehtiyacı yoxdur və o girova çevrilir”.

Bu barədə Ordu.az-a REGNUM IA-nın Baş redaktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Modest Kolerov bildirib.

O qeyd edib ki, Gümrüdəki Rusiya hərbi bazasının mövcud vəziyyəti, Azərbaycanın Qəbələ şəhərindəki hərbi bazanın vəziyyəti ilə müqayisədə daha pisdir.

“Qəbələdəki hərbi bazamız pis-yaxşı fəalliyət göstərirdi, Gümrüdəki bazamız isə fəaliyyətlərində məhdudiyyətlərlə rastlaşır, “böyük torpaq” ilə əlaqəsi yoxdur və artıq çöküb. Bu vəziyyətdə o, heç bir funksiya və vəzifə yerinə yetirmir. Bu gün bu vəzifələr Abxaziya və Cənubi Osetiyadakı hərbi bazalarımız tərəfindən həyata keçirilir”, - Kolerov deyib.

Eyni zamanda, o bildirib ki, Ermənistanın yeni hökuməti hakimiyyətə gəldikdə Rusiyanın hərbi bazasının respublikanın ərazisindən çıxarılmasını tələb edirdi.

“Hesab edirəm ki, indi Ermənistanın yeni hakimiyyəti bu söz-söhbətlərdən öz dünyagörüşünə görə deyil, siyasi cəhətdən əlverişsiz olduğunu nəzərə alaraq imtina edib. Lakin bu onun əvvəl dediklərini inkar etmir”, - deyə Kolerov fikrini yekunlaşdırıb.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Ermənistan