Ermənistan MN-in ORSIS skandalı ilə bağlı yeni detallar məlum olub

2019/11/PN-pa-1572677174.jpg
Oxunub: 14382     12:45     02 Noyabr 2019    
Ermənistan Müdafiə Nazirliyi tərəfindən bir neçə milyon dollar dəyərində silah tədarükü tenderinin bağlanması və müsabiqədə iştirak etmiş ORSIS hərbi təşkilatının qalmaqallı hekayəsi ilə bağlı yeni detallar məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğvurd” nəşri bildirib.

Nəşr qeyd edib ki, hüquq-mühafizə orqanlarından alınan məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının bir sıra yüksək dərəcəli hərbi qulluqçuları hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir və onların fəaliyyətləri istintaq mövzusu olacaq.

Məlumata görə, Baş Qərargah tərəfindən ORSIS şirkətinin prioritetini təmin etmək üçün onun məhsulunun texniki xüsusiyyətlərində saxta məlumatlar yazılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ORSİS  


Bizi "telegram"da izləyin