ABŞ-ın Əfqanıstan Yenidənqurma Xüsusi Müfəttişinin (SIGAR) dünən açıqladığı rüblük hesabata görə, Əfqanıstan təhlükəsizlik qüvvələri arasında itkilər, keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb.
Əfqanıstan ordusu illərdir çoxlu sayda itkilər verir. Keçən il Pentaqon Əfqanıstan təhlükəsizlik qüvvələri arasındakı itkini “qeyri-sabit” olaraq xarakterizə edib.
Hökumət dəqiq sayını açıqlamır, lakin 2018-ci ilin sonlarında prezident Əşrəf Qani 2015-ci ildən etibarən Əfqan təhlükəsizlik qüvvələrinin 28 mindən çox üzvünün öldürüldüyünü bildirib.
Oktyabr ayının əvvəlində ABŞ-ın Əfqanıstandakı hərbi missiyası ölkədəki ümumi hərbçiləri təxminən 13 min nəfərə çatdıraraq kadr sayını azaltmağa başladığını qeyd edib.
Hesabatda qeyd olunub ki, Əfqanıstanın xüsusi əməliyyat qüvvələri tərəfindən aparılan quru əməliyyatlarının sayı artır. Həmin qüvvələr yanvar-sentyabr ayları ərzində 2018-ci ildə edilən əməliyyatların sayından çox, 2,531 quru əməliyyatı keçirib.
Bu ilin iyun-avqust ayları arasında Əfqanıstan təhlükəsizlik qüvvələrinə edilən qəfil hücumlar nəticəsində 87 itki verib.
Hesabata görə, 18 illik müharibə müddətində Birləşmiş Ştatlar Əfqanıstanda 70 milyard dollardan çox maliyyə xərcləyib.
Sevinc Əliyeva
Ordu.az