Gələn il Ermənistanda KTMT-nin kiçik miqyaslı təlimləri baş tuta bilər

2019/10/99230-1571649323.jpg
Oxunub: 21584     11:28     01 Noyabr 2019    
Ermənistan nümayəndə heyəti Düşənbədə KTMT Paarlament Assambleyası (PA) Şurası yanında KTMT üzv ölkələri parlamentlərinin müdafiə və təhlükəsizlik komitələri (komissiyalarının) sədrlərinin Koordinasiya Məsləhətləşməsi və KTMT PA müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının birgə iclasında iştirak edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclas zamanı bir sıra yeni lahiyə təklifləri müzakirə olunub.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Vladimir Şamanov və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Viktor Bondarev KTMT rəhbərliyi ilə növbəti il ərzində Ermənistanda KTMT çərçivəsində kiçik miqyaslı hərbi təlimlərin həyata keçirilməsi mümkünlüyünü müzakirə edəcəyinə söz verib.

Gələn ilin oktyabrında KTMT-yə üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik komitələri (komissiyaları) sədrlərinin koordinasiya məsləhətləşməsi iclası Ermənistanda baş tutacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Təlim   Ermənistan  


Bizi "telegram"da izləyin