Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd yerli dövlət telekanallarına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ hələ də İŞİD liderinin öldürülməsinə dair heç bir dəlil təqdim etməyib və rəsmi Dəməşq özünün ABŞ-a bəhs edilən "yardımı" barədə də yalnız KİV-dən eşidib.
"Terror ideologiyasının həyatda olduğu müddətdə Bağdadinin və ya hətta bütün terrorçuların ölümü ümumi vəziyyətə təsir etməyəcək", - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az