Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan İstintaq Komitəsinin sədri Hayk Qriqoryan bildirib.
Onun sözlərinə görə, Sarkisyan hazırda Ermənistanda deyil.
İşlə bağlı yeniliklərin olması haqqında suala Qriqoryan cavab verib ki, burada yenilik problemi yoxdur.
“Burada bir sıra əsaslar var ki, bu əsaslar komissiya tərəfindən daha sonra, yaxud komissiya müzakirəsinin yekun qərarı çərçivəsində verilməli olan şəxslərə mənzillər ayrıldığını sübut edir”, - deyə o qeyd edib.
Qriqoryan Sarkisyan müttəhim kimi cəlb olunmadığını vurğulayıb.
Qeyd edək ki, İstintaq Komitəsi bundan əvvəl Sarkisyanla bağlı işin Xüsusi İstintaq Xidmətinə göndərildiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az