Ermənistan MN tərəfindən bir neçə milyon dollar dəyərində olan silah təminatı müsabiqəsi nə üçün bağlanıb?

2019/10/17231-1572075829.jpg
Oxunub: 24412     13:30     31 Oktyabr 2019    
Ermənistan Müdafiə Nazirliyi tərəfindən bir neçə milyon dəyərində olan silah tədarükü müsabiqəsində iştirak edən ORSIS şirkəti tenderin ləğvinə etiraz edib və cinayət işi açılıb.

Erməni KİV-lərinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin ehtiyacları üçün gecəgörmə və optik cihazların təmin edilməsi məqsədilə təşkil olunan tenderdə Baş Qərargah rəisi Artak Davtyan silahlı qüvvələrə bu avadanlıqların ORSIS şirkəti tərəfindən tədarük edilməsi barədə təklif edib.

“Lakin Ermənistan Müdafiə Nazirliyində daxili araşdırma ilə məlum olur ki, ORSIS şirkətinin təqdim etdiyi avandanlıqlar hərbi əməliyyatlar üçün deyil, ovçuluq üçün nəzərdə tutulub. Bundan əlavə, məlum olub ki, Baş Qərargah tərəfindən ORSIS məhsulunun texniki xarakteristikasında şirkətin prioritetini təmin etmək üçün saxta məlumatlar yazılıb”, - deyə KİV-lərdən biri yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ORSİS   Qalmaqal  


Bizi "telegram"da izləyin