Erməni general Ədliyyə Nazirliyini məhkəməyə verib

2019/10/92893-1572503272.jpg
Oxunub: 20627     10:26     31 Oktyabr 2019    
Ermənistan Ədliyyə Nazirliyi penitensiar xidmətinin sabiq rəisi məhkəməyə müraciət edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 28-də Rafayel Hovhannisyan Ermənistan İnzibati məhkəməsinə müraciət edib və tələb edib ki, məhkəmə Ermənistan Əmək Məcəlləsinin 170-ci maddəsinə uyğun olaraq Ermənistan Ədliyyə Nazirliyini onun son maaşını və kompensasiyasını ödəməyə, həmçinin istifadə edilməmiş bütün məzuniyyələr üçün ödəniş etməyə məcbur etsin.

Məlum olur ki, Ermənistan Ədliyyə Nazirliyi penitensiar xidmətin sabiq rəisinin sonuncu maaşını verməyib və o, (penitensiar xidmətin sabiq rəisi – red.) məhkəmə vasitəsilə maaşını almağa cəhd edir.

Xatırladaq ki, general-mayor Rafayel Hovhannisyan 2018-ci il yanvarın 28-də Serj Sarkisyanın əmri ilə penitensiar xidmətin rəisi təyin edilib, lakin hakimiyyət dəyişikliyindən sonra vəzifəsindən istefa verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin