Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hakim Sergey Marabyan həbs qətimkan tədbirini ləğv edib və həbsin əsaslı olmadığını əsas tutaraq hətta girov belə tətbiq etməyib.
Bu gün İrəvan şəhər Ümumi Yurisdiksiya Məhkəməsində hakim Vardan Qriqoryanın sədrliyi ilə Samvel Ayvazyanın işi üzrə məhkəmə prosesi başlayıb.
Qeyd edilən şəxs Vanadzor sakini Şaliko Manuçaryanın ölümünü təşkil etdiyi üçün Ermənistan Cinayət Məcəlləsinin 35-104-cü maddəsinin 2-ci bəndinin 7-ci alt bəndi ilə ittiham olunur.
Qeyd olunur ki, Samvel Ayvazyan Alfred Avalyan, Arsen Lazaretyan və Yevqeni Kaçak ilə əlbir olaraq “Şalo” ləqəbli Şaliko Manuçaryanın öldürülməsi işində ittiham olunur. Kaçak “1 Mart” snayperlərindən biri olub və Vanadzorda öldürülüb.
Alpər Mövludoğlu
Ordu.az