Ordu.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, iclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində 20-dən çox praktik məsələyə baxılıb.
"2025-ci ilədək əməkdaşlığın inkişafı Konsepsiyası MDB ölkələri üçün hərbi tərəfdaşlıq perspektivlərini müəyyən edən proqram sənədidir və o, açıq xarakterlidir və heç bir üçüncü ölkəyə qarşı yönəlməyib", - Rusiyanın müdafiə naziri bildirib.
Ordu.az