Suriyadakı erməni terror qruplaşması özündə nəyi əks etdirir? – DETALLAR

2019/06/15561-3119101718.jpg
Oxunub: 33173     17:23     31 Oktyabr 2019    
Suriyadakı erməni terror qruplaşması haqqında məlumatlar olduqca azdır, mövcud kadrlar az da olsa açıq şəkildə səhnələşdirilib, yəni faktiki olaraq belə bir qruplaşma mövcuddur.

Suriyadakı bir erməni qruplaşmasının terrorçularla birgə döyüşdüyü xəbərləri zaman-zaman erməni mediasında yer alır, terrorçular üçün məişət səviyyəsində “qürur” hissi aşılanır. Ancaq bu terror qruplaşması ilə bağlı hər şey o qədər də aydın və birmənalı deyil.

Suriyadakı YPG terrorçuları tərkibində “erməni taboru” nun yaradılması barədə məlumatlar 2019-cu ilin aprelində ortaya çıxıb. Onun yaradıldığı haqqında məlumatı kürd informasiya saytları yayıb.


“Erməni xalqının övladları olaraq, bu gün inqilabın gücləndirilməsi üçün Rojavanı İŞİD və Türkiyənin hücumlarından qorumaq üçün bir araya gəlmişik. Rəsmi açıqlamada, xalqın bir ordusu yoxdursa, heç bir şeyin olmaması fikrinə əsaslanaraq, biz erməni xalqının və bütün Rojavanın bütün xalqının müdafiəsi üçün təvazökar bir heyət yaratdıq ”, - deyə terrorçuların bəyanatında qeyd edilir.

Terror qruplaşmasının yaradılması barədə elan qondarma “erməni soyqırımı”nın ildönümünə həsr olunmuş yas tədbirləri çərçivəsində elan edilib. Erməni terror qruplaşmasına erməni mənşəli türk kommunisti, Türk Kommunist Partiyasının üzvü Nubar Ozanyanın şərəfinə “Şəhid Nubar Ozanyan” adı verilib.

Ozanyan Fələstdəki terror təşkilatlarına qoşularaq İsrailə qarşı müharibədə, sonra Qarabağ müharibəsində aparılan işğal əməliyyatlarında, 2015-ci ildən etibarən isə PKK terrorçuları ilə birgə Suriyadakı əməliyyatlarda iştirak edib. Erməni terrorçu 2017-ci ilin avqustunda Rakkada gedən döyüşlərdə ölüb.

Mətndə bildirilir ki, bu qruplaşmanın yaradılması İbrahim Kaypakayanın ideologiyasının yaşadığına (Türkiyə Kommunist Partiyasının qurucusu və lideri - red.) dəlalət edir.


Kaypakayanın və Ozanyanın şəxsiyyətlərini nəzərə alaraq, qruplaşmadakı erməni simvolları kommunist simvolları ilə birləşdirilib.

Bəzi nümayiş olunan videoların bir qismində erməni dilində hərbi komandalar, əmrlər yer alır.

Türkiyə isə erməni terror qruplaşmasının yaradılmasına münasibət bildirməyə bilməzdi. “Anadolu” Agentliyi “YPG/PKK Suriyada Yeni Erməni Terrorçu Qrupu yaradır” sərlövhəli bir məqalə yayımladı.

Bu yaxın günlərdə isə Türkiyə Xarici İşlər naziri Mevlut Çavuşoğlu PKK-da erməni əsilli terrorçuların olduğunu qeyd etdi.

Erməni mediası isə terror qruplaşmasının yaradılması ilə bağlı xəbərləri aktiv və həvəslə yayır.


Növbəti aktiv xatırlatma dalğası, 2019-cu ilin oktyabrında, Suriyada Türkiyənin əməliyyata başlamasından sonra vüsət alıb. Erməni media qurumları terrorçularının əməliyyata qarşı olacaqları barədə açıqlamalara yer verdi.

Bundan sonra, erməni terror qruplaşmasının Ras el-Ayn şəhərindəki döyüşlərdə iştirak etdiyi barədə məlumatlar ortaya çıxdı.Terrorçuların görüntüləri də yayımlandı.

Bir neçə gün davam edən döyüşlərdən sonra, Türkiyə Silahlı Qüvvələri şəhəri mühasirəyə aldıqda YGP terrorçuları şəhəri tərk etmək qərarına gəldi.


Beləliklə, erməni terrorçuları haqqında məlumatlar bununla məhdudlaşır. YPG mənbələri erməni qruplaşmasının həqiqi olmasına şübhə yaradan kifayət qədər məhdud və nümayişçi-təbliğat məlumatları yayımlayır.

Ancaq “Sputnik Armenia”nın Suriyadakı bir mənbəyi erməni terror qruplaşmasının varlığını məxfiçilik şərtilə təsdiqləyib. Orada bir neçə erməninin qulluq etdiyini, qalanlarının kürdlər və ərəblərdən ibarət olduğunu bildirib.


Ermənilər arasında vaxtilə Nubar Ozanyanla birlikdə xidmət edən terrorçular var. Bəzi ermənilər qərara gəliblər ki, əgər vuruşmaq lazımdırsa, bunu erməni qruplaşması tərkibində etmək daha yaxşıdır.

Kürdlərin və ərəblərin qruplaşmaya daxil olmasına gəldikdə isə onlar erməni mənşəli olduğunu iddia edirlər və buna görə də qruplaşmaya daxil olduqlarını vurğulayırlar. İlkin məlumatlara görə, Türkiyənin əməliyyatlarından əvvəl terror qruplaşmasında yüzədək adam olub. Onlar, Suriyanın şimalındakı Hasseke-Tel Abyad-Ras el-Ayn-Amuda bölgəsində fəaliyyətdə olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YPG   Erməni-terroru  


Bizi "telegram"da izləyin