Müdafiə naziri: "Azərbaycanda dostluq və xalqlarımızın ümumi irsi yüksək dəyərləndirilir"

2019/10/trend-1572423031.jpg
Oxunub: 10183     12:10     30 Oktyabr 2019    
"Biz ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək".

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

Nazir bildirib ki, iclas Bakıda keçirilməsi ölkəmiz üçün böyük şərəfdir:

"Əziz dostlar, hörmətli həmkarlar, Sizi qonaqpərvər Azərbaycan torpağında salamlamağıma şadam. Azərbaycanda dostluq və xalqlarımızın ümumi irsi yüksək dəyərləndirilir. İlk növbədə Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərara görə Sizə öz təşəkkürümü bildirmək istərdim. Qeyd etmək istərdim ki, bu iclasın Bakıda keçirilməsi bizim üçün böyük şərəfdir. Səmimi qəlbdən ümid edirəm ki, bugünkü iclas çox səmərəli, dolğun keçəcək və münasibətlərimizin gələcək inkişafına xidmət edəcək.

Biz ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.

Fürsətdən istifadə edərək bu iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyindən olan həmkarlarımıza minnətdarlığımı bildirmək istərdim.

Ümid edirəm ki, hamınız Azərbaycanda olmağınızdan məmnun qalacaq və Bakı ilə daha yaxşı tanış olmaq və bu gün ölkəmizdə baş verən pozitiv dəyişiklikləri yaxından müşahidə etmək imkanını əldə edəcəksiniz.

Burada olan hər bir kəsə ölkələriniz naminə qarşınızda duran məsuliyyətli və mühüm məsələlərin həllində uğurlar və səmərəli işləməyi arzu edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-naziri   Zakir-Həsənov   MDB  


Bizi "telegram"da izləyin