Zakir Həsənov Özbəkistanın Müdafiə naziri ilə görüşüb - FOTO

2019/10/abd07-1572357533.jpg
Oxunub: 24759     17:48     29 Oktyabr 2019    
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tərəflər hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildirib. Qeyd edilib ki, Azərbaycan ilə Özbəkistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrində sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki sahədə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan Respublikası və Özbəkistan Respublikası müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Özbəkistan  


Bizi "telegram"da izləyin