İcma sədri: "Ermənilər düşdükləri rəzil və çıxılmaz vəziyyətdən istifadə edərək təxribatlara əl atırlar”

2019/09/tural-1568390447.jpg
Oxunub: 11091     16:38     29 Oktyabr 2019    
“Son zamanlar Ermənistanın işğalçı mahiyyətinin ifşa olunması və beynəlxalq ictimaiyyətdə küncə sıxışdırılmasının şahidi oluruq. Ermənilər düşdükləri rəzil və çıxılmaz vəziyyətdən istifadə edərək təxribatlara əl atırlar”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri funksiyasını yerinə yetirir: "Ona görə də Lill Universitetinin müəllim və professor heyəti Dağlıq Qarabağa qanunsuz səfər etməklə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi nüfuzuna xələl gətirir. Çünki Fransa burada ATƏT-in Minsk qrupunun həmsədri kimi obyektiv və tərəfsiz bir vasitəçilik funksiyasını həyata keçirir. Ona görə də universitetin belə bir addım atması qəbuledilməzdir. Biz tələb edirik ki, Lill Universitetinin rəhbərliyi Qarabağa qanunsuz səfər edən professor və müəllimlərə qarşı ciddi tədbir görsün. Biz əminik ki, onlara qarşı tədbir görüləcək və gələcəkdə bu kimi qanunsuz səfərlərə yol verilməyəcək”.

Qeyd edək ki, Dağlıq Qarabağdakı qondarma rejimin yaratdığı “Azad Vətən” adlı “partiya”nın təşkilatçılığı ilə Fransanın Lill Universitetinin bir qrup müəllim və professor heyəti Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ-icması   Tural-Gəncəliyev  


Bizi "telegram"da izləyin