Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda İctimai Şuranın sədri Vazgen Manukyan Ermənistan parlamentinin deputatı Arman Babacanyanın vəzifədən uzaqlaşmaqla bağlı Paşinyana ünvanlanmış müraciətinə toxunub.
O qeyd edib ki, qanunla Paşinyan ilk bir il ərzində İctimai Şuranın sədrini çıxara bilməz.
“Əgər Nikol Paşinyan arxada dayanıbsa, o halda mənim üçün anlaşılan deyil. Düzdür, qanunla Baş nazir ilk bir il ərzində İctimai Şuranın sədri çıxara bilməz, lakin normaldır. Əgər o, çağırış etsəydi ki, onunla birlikdə işləmək alınmır, o zaman mən həmin dəqiqə çıxardım. Bu cür çətin formalarda bu şeyi həyata keçirməyin nə mənası var?”, - deyə Manukyan bildirib.
Arman Babacanyanın onun şəxsiyyətinə qarşı laqeydli olub-olmaması ilə bağlı verilən suala Manukyan cavab verib ki, bu, sadəcə gülməlidir.
“Həqiqətən, əgər kimsə müharibə zamanı desəydi ki, hansısa bir fərari sənə ittiham təqdim edəcək, gülməyim gələrdi. Lakin müəyyən oldu ki, bu cür ölkəyə çevrilmişik, nə deyim”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az