Köçəryan Aprel döyüşlərini araşdıran komissiyanın işlərini daha 6 ay uzatmaq niyyətindədir

2019/10/image-1572342758.jpg
Oxunub: 16254     16:51     29 Oktyabr 2019    
Ermənistan parlamentində Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının fəaliyyətinin altı ayı noyabrın əvvəlində tamamlanacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Komissiyanın sədri Andranik Köçəryan komissiya işlərini daha 6 ay uzatmaq niyyətindədir.

Komissiyanın “Mənim Addımım” fraksiyasından olan üzvü Armen Xaçatryanın sözlərinə görə, komissiyanın görüləsi çox işi olduğu üçün məcburi olaraq zaman uzadılmalıdır.

“İstiqamətlər çoxdur və bütün bunlar qeyd ediləcək, bundan nəticə çıxarmaq üçün çox vaxt lazımdır”, - deyə Xaçatryan bildirib.

O qeyd edib ki, təxminən bir onluğa çatan keçmiş və indiki yüksək vəzifəli mərmurlar dindirilib, yaxın gələcəkdə mətbuatda adları səslənən şəxslərin hamısı dəvət olunacaq.

Xaçatryan bildirib ki, hazırda nəticələr haqqında məlumat verə bilməz.

“Hal-hazırda nəticələr çıxara bilmərəm, çünki komissiyamızın işləri tamamilə məxfi rejimdədir. Ümumiyyətlə təəssürat aldığım yaxşı şeylər haqqında danışa bilərəm”, - deyə o qeyd edib.

O, Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasında dosyelərin toplanması ilə bağlı verilən suala cavab verib ki, dosyeləri toplamaq formaları fərqlidir və bütün söhbət kameralar qarşısında aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aprel-döyüşləri   İstintaq  


Bizi "telegram"da izləyin