Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” qəzeti yazıb.
Məlumata görə, son zamanlar parlamentdənkənar bəzi xadimlərlə rus diplomatların görüşü zamanı ruslar Ermənistan hakimiyyətindən narazılıq ediblər və qeyd ediblər ki, problem nəinki onların sədaqət andı verməsidir, həmçinin erməni və rus xalqları arasında əsrlər boyu davam edən əlaqəni korlamamaqdır.
Bundan əlavə, onlar bu əlaqələrin qorunması üçün töhfə verməyin lazım olduğunu etiraf ediblər, lakin erməni tərəfi bu gün yalnız tələb mövqeyindən çıxış edir.
Alpər Mövludoğlu
Ordu.az