“Ermənistanın bütün hökumətlərində orduda xidmət etməyənlər üstünlük təşkil edib”

2019/01/465_1-1548076863.jpg
Oxunub: 17109     15:01     29 Oktyabr 2019    
“Həm keçmişdə, həm də indi orduda xidmət etmiş olmaq heç bir məna daşımır və Ermənistanın bütün hökumətlərində orduda xidmət etməyənlər üstünlük təşkil edib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Futbol Federasiyasının mətbuat sözçüsü Zohrab Yeqanyan bildirib.


O qeyd edib ki, cəbhədə heç vaxt varlı və ya yüksək rütbəli dövlət rəsmisinin uşağı dayanmayıb.

“İnsanların məcburi hərbi xidmətdən azad olunması üçün olduqca yüksək qiymət müəyyənləşdirmək lazımdır. Həm keçmişdə, həm də indi orduda xidmət etmiş olmaq heç bir məna daşımır və Ermənistanın bütün hökumətlərində orduda xidmət etməyənlər üstünlük təşkil edib, dövlət sektorunda orduda xidmət etmiş üçün ən xırda şey belə yoxdur.

Yalnız psixoloji bir anın varlığını deməyin. Əzizlərim, cəbhədə heç vaxt varlı və ya yüksək rütbəli dövlət rəsmisinin uşağı dayanmayıb, bunu hamı bilir, məsələyə reallıq istiqamətindən baxın”, - deyə Yeqanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin