Rusiya Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana gəlib

2019/10/99330-1572339445.jpg
Oxunub: 7035     12:57     29 Oktyabr 2019    
Oktyabrın 29-da Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti rəsmi səfərlə Ermənistana gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Məlumata görə, səfər zamanı Rusiya Müdafiə nazirinin Ermənistanda yerləşən 102-ci hərbi bazaya səfəri, Rusiya və Ermənistan Müdafiə nazirlərinin şəxsi söhbəti, iki ölkə nümayəndə heyətlərinin geniş tərkibdə danışıqları planlaşdırılıb.

Həmçinin Rusiya Müdafiə nazirinin Ermənistan Baş naziri ilə görüşü planlaşdırılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin