“Bank zəmanəti kimi ödəniş tələbi, həmçinin protokolların gizlədilməsi, birbaşa əlaqə yaratmamaq və şəffaf dialoq aparmamaq istəyinin yoxluğu, rəsmi sorğuların, məktubların görməzdən gəlinməsi bizim üçün kateqorik şəkildə anlaşılmazdır”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Promtexnologiya” (ORSIS şirkətinin markası) şirkətinin nümayəndəsi bildirib.
O bildirib ki, Müdafiə naziri adından iki məktub göndərilib və nazirliyin nümayəndələri ilə görüşmək, vəziyyəti müzakirə etmək üçün cəhdlər edilib.
“Lakin heç kim buna getmədi. Şirkətə qeyri-rəsmi səviyyədə müraciət etmək cəhdləri olub. Bu cəhdlər bu vəziyyətdə yolverilməzdir və yanlışdır”, - deyə şirkət nümayəndəsi bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Orsis
Ermənistan
Rusiya