Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, nazirin müsahibəsi Ermənistanda ciddi tənqid obyektinə çevrilib.
Erməni analitik Qor Madoyan qeyd edib ki, Mnatsakanyanın cavab verməyə hazır olmadığı suallar səslənib.
“Ən ekstremist suallara belə kompeks şəkildə hazırlıqlı olmalı idi”, - deyə o bildirib.
Politoloq Armen Vardanyan isə Zöhrab Mnatsakanyanın müsahibədə bir neçə uğursuz formatlara yol verdiyini vurğulayıb.
“Məsələn, jurnalist Qarabağ Azərbaycan ərazisidir deyəndə Xarici İşlər naziri cavab verməli idi ki, bu, bizim tarixi vətənimizdir. Lakin Mnatsakanyan qeyd etdi ki, Qarabağ ermənilərin yaşadığı ərazidir...”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az