O, 1992-1994-cü illərdə Qarabağda aparılan təxribatçı əməliyyatlarda iştirak edib. Bu əməliyyatların elə ilk dövründə Vağuas yaşayış məntəqəsi çevrəsində aparılan hərbi əməliyyatlarında atılan raketin partlayışı nəticəsində yaralanıb. Müayinə zamanı Hatamyanda kəllə beyin travması aşkarlanıb. O, 10 gün kazarmada qaldıqdan sonra geri hərbi əməliyyatlar keçirilən bölməyə qayıdıb, bundan 2 il sonra tərxis edilib. Daha sonra travmanın fəsadları getdikcə artıb. Keçmiş erməni hərbi qulluqçu qeyd edib ki, müharibədən salamat qayıtmaq mümkün deyil.
Müharibədən sonra 19 yaşlı Artak bunun fəsadlarını tərxis olduqdan bir neçə ay sonra hiss etməyə başlayır. Buna diqqət yetirmir. İşsizlik ucbatından 2013-cu ildə yenidən müqaviləli hərbi qulluqçu kimi hərbi xidmətə gedir. Döyüş növbətçiliyi apararkən vəziyyəti kəskin pisləşir, travmanın əlamətləri yenidən baş qaldırır. Hərbi hospitallarda və mülki tibb müəssisələrində müayinədən sonra ona kəllə beyin travması zədələnməsi diaqnozu qoyulur.
Bu xəstəliklərdən sonra hərbi xidmətə yararsız kimi ordudan tərxis edildiyini bildirir. Vəziyyəti yaxşı olmadığına görə tərxis edilərkən, sənədlərində xəstəliyin hərbi xidmət dövründə baş vermədiyinə dair qeyd edilməsinə diqqət yetirmədiyini vurğulayıb.
“Hərbi həkim komissiyasının rəyindən belə çıxır ki, mən bu kəllə beyin travmasını müharibədə hərbi xidmət dövründə yox, küçə davasında əldə etmişəm”, - deyə o bildirib.
Hatamyan hərbi əlliliyə görə təqaüd təyin edilməsi üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət etdiyini qeyd edir. Əsgər yoldaşlarının verdiyi ifadələrdən başqa, kəllə beyin travmasını döyüş əməliyyatları zamanı almasını təsdiqləyən heç bir sübutedici sənədin olmaması səbəbilə Müdafiə Nazirliyi məsələyə baxılmasını rədd edir.
Onun xidmət etdiyi hərbi hissənin komandiri Norik Danielyan 1993-cü ildə öldüyündən müharibə vaxtı xəsarət almasına dair arayış təqdim edə bilmədiyini qeyd edir.
Hatamyan 2014-cü ildən bütün aidiyyəti qurumlara müraciət etdiyini bildirib. 5 il ərzində müraciət etdiyi bütün məhkəmə orqanları onun şikayətini rədd edib.
Bununla yanaşı keçmiş hərbi qulluqçu sabiq Müdafiə naziri Seyran Ohanyana, ombudsmana da müraciət etdiyini qeyd etsə də, yenə də heç bir faydasının olmadığını vurğulayıb.
Həkimlər ona mülki təqaüdə çıxmasını təklif ediblər. Ona əvvəlcə 3-cü qrup əllilik dərəcəsi verilib, sonradan 2-ci qrupa keçirilib.
Bildirilib ki, dövlət keçmiş hərbi qulluqçuya vəkil ayrılmasından da imtina edib. Vəkillər palatasından ona verilən cavab məktubunda bildirilib ki, səmərəsiz addımlar atılmasına zərurət yoxdur, çünki şikayətin məhkəməyə daxil olması imkanları yoxdur.
Ermənistan Müdafiə Nazirliyindən müraciət etdiyi vəzifəli şəxslərdən Alik Aleksanyan görüşərək, məsələnin həllinə yardım edəcəyinə vəd versə də, hələlik heç bir dəyişiklik olmadığını qeyd edib.
“Onlar qorxurlar ki, bu şikayətin həll edilməsi, bu kimi problemləri olanların müraciət etməsinə başlanğıc ola bilər”, - deyə Hatamyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az