Hovhannisyan-Şamşyan münasibətləri gərginləşir – “Ona zabit şərəfini ləkələməməyi məsləhət görərdik”

2019/09/13154-1567767350.jpg
Oxunub: 521     17:32     26 Oktyabr 2019    
Xəbər verdiyimiz kimi, Sünik vilayətinin Qafan şəhərində yerləşən Ermənistan Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinin əsgəri artıq 5 gündür ki, hərbi hissəni özbaşına tərk edib və bu günə qədər heç bir xəbər yoxdur.

“Oğlumuz 9 aydır hərbi xidmət edirdi, heç vaxt xidmətdən narazılığı olmayıb. Uşaq hərbi hissəni 5 gündür ki, özbaşına tərk edib”, - deyə hərbi hissəni özbaşına tərk edən əsgərin qohumu Q.Knarik bildirib.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, hərbi hissə komandanlığı əsgərin bölməni özbaşına tərk etməsini öyrəndiyi ilk gündən, Vanadzor şəhərində qeydiyyata alındığı, lakin İrəvan şəhərində yaşadığı üçün Qafan, Vanadzor və İrəvan hərbi polis bölmələrinin əməkdaşları onun axtarışına cəlb edilib.

Ermənistanən “Shamshyan” nəşri bildirib ki, bu barədə məqlənin nəşrində heç bir dövlət sirri, hərbi hissə və onu tərk edən əsgər haqqında heç bir məlumat açıqlanmır, bir sözlə, məlumat vicdan və jurnalist etikasının bütün standartlarına uyğun şəkildə yayımlanıb.

Ermənistan Müdafiə Nazirinin mətbuat katibi Artsrun Hovhannisyan buna cavab olaraq artıq neçənci dəfədir ki, adi dövlət qulluqçusuna uyğun ibtidai etika və davranışın bütün sərhədləri aşaraq münasibət bildirib.

“Bakının ən sevimli erməni “medialarından” biri bu gün yenidən parlayıb. Guya əsgərin qohumu zəng edib ...”, - deyə o, öz “Facebook” səhifəsində qeyd edib.

Nəşr bir məqaləsində qeyd edib ki, əgər Artsrun Hovhannisyan hər hansı bir media orqanını sevmirsə, bu halda medianı Azərbaycan yönümlü hesab etməkdən belə çəkinmir.

“Bu, onun təqdim edə biləcəyi ən güclü dəlildir. Bundan artıq bir şey etməyə qadir deyil. Elə həmin Hovhannisyan Aprel döyüşünün ilk saatından bəri cəbhə xəttində necə olduğu və döyüş əməliyyatlarını dərhal işıqlandırdıqları haqqında bir dəfə də olsun, Qaqik Şamşyanın adını ən azı yarım ağız olsa müsbət baxımdan qeyd etməyib”, - deyə nəşr bildirib.

Ancaq medalın əks tərəfi var. “Armtimes.com” saytı da bu gün Qafanda yerləşən Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsindən özbaşına xidmət yerini tərk edən əsgərin məsələsinə toxunub. Mətbuat orqanın jurnalisti əsgərin xalası ilə əlaqə saxlayıb, sonra əsgər anası ilə danışıb, onlarla söhbət edib, əsgərin yoxa çıxması ilə bağlı dediklərini ictimaiyyətə təqdim edib. O, əsgərin ailəsi haqqında və sairə barədə yazıb.

“İndi bizi bununla bağlı maraqlandıran bir şey var. Məgər Artsrun Hovhannisyan, “Haykakan Jamanak” saytını (Paşinyanın arvadı saytın baş redaktorudur-red.) Bakının sevdiyi kütləvi informasiya vasitələrinin siyahısına daxil etmək fikrində deyilmi? Bunun üçün hər bir səbəb var. Yoxsa cəsarəti olmayacaq? Yoxsa cəsarəti yalnız hökumətyönlü olmayan media üçün kifayətdir? Əgər bunu etməyə cəsarəti yoxdursa, Hovhannisyana başqa bir iş görməyi və erməni əsgərinin, erməni zabitinin şərəfini ləkələməməyi məsləhət görərdik, çünki mediaya uyğun olmayan keyfiyyətlər vermək onun özünü nüfuzdan məhrum edir. Biz isə ordumuzda zabit şərəfinə sahib çıxmayan insanların olmasını istəməzdik. Shamshyan.om ümidvar olduğunu bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi bu nəşrə cavab verəcək və ordunun adını sui-istifadə edənlərlə bağlı ciddi tədbirlər görüləcək. Jurnalist cəmiyyətindən isə Hovhannisyanın davranışına qarşı lazımi dəstək və qınama gözləyirik”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik   Hovhannisyan  

Hovhannisyan-Şamşyan münasibətləri gərginləşir – “Ona zabit şərəfini ləkələməməyi məsləhət görərdik”

2019/09/13154-1567767350.jpg
Oxunub: 522     17:32     26 Oktyabr 2019    