Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvandakı çoxmənzilli binalardan birinin istismara verilməsi zamanı Ermənistan Müdafiə nazirinin göstərişi ilə “Müdafiə Nazirliyi sisteminin hərbi qulluqçularının mənzillə təminatı haqqında” Ermənistan hökümətinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalar pozularaq, mənzillərin paylanmasında səlahiyyət həddini aşdığı müəyyən edilib.
Bildirilir ki, bununla əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 2 müvafiq maddəsi üzrə cinayət işi başlanılıb.
Cinayət işi üzrə müəyyən edilib ki, Ermənistan hökumətinin müvafiq qərarı və Müdafiə nazirinin əmri ilə Ermənistan MN hesabında olan ərazilərdəki mənzillərin bölüşdürülməsi səlahiyyəti müvafiq sənədləri ilə öz fəaliyyətində əsas götürməklə MN-in mərkəzi mənzil komissiyasına həvalə edilib. Amma, İrəvandakı 71 mənzilli yaşayış binasının 29 mənzilin bölüşdürləməsinə dair Müdafiə naziri Vigen Sarkisyan qərara verib. Bu mənzillərin bölüşdürülməsi ümumiyyətlə komissiya tərəfindən müzakirə edilməyib. Qeyd edilən binanın bir çox mənzilləri isə komissiyanın müzakirəsi və MN-in qərarı ilə rəhbər sənədlərin tələbləri pozulmaqla paylanılıb. Bununla da mənzilə ehtiyacı olan hərbi qulluqçuların hüquqlarına və dövlətin qanuni maraqlarına zərər vurulub.
Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsinin tələblərini nəzərə alaraq, vəzifəli şəxsin yol verdiyi cinayət əməlinin istintaqı Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri tərəfindən aparılmalıdır. Buna görə də ibtidai istintaqın davam etdirilməsi üçün cinayət işinin Xüsusi İstintaq Xidmətinə göndərildiyi bildirilir.
Alpər Mövludoğlu
Ordu.az