Bu mövzu ətrafında , xüsusən də Ermənistan hakimiyyəti və onlara yaxın media qurumları manipulyasiya etməyə çalışır. Şahidlərin keçmiş hakimiyyət təmsilçilərinin əlləri ilə öldürülə biləcəyi barədə təsəvvür yaratmağa cəhd edilir.
Bu fonda Ermənistan hakimiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölüm astanasına çatdırdığı başqa bir şahidi unutdurur. Söhbət general Manvel Qriqoryandan gedir. O, da 2008-ci il prezident seçkilərindən sonra siyasi proseslərdə iştirak edib.
Manvel Qriqoryan erməni cəmiyyətinin müəyyən bir seqmenti tərəfindən qəbul edilməyən bir xarakterdir. Hakimiyyətdə olduğu müddətdə bir çox insanı bezdirməsinə görə indi çoxlarını onun taleyi maraqlandırmır.
Məhkəmənin niyə həbsi qətimkan tədbirini dəyişdirmək barədə vəsatəti rədd etməsi qəribədir. Niyə Manvel Qriqoryanın müalicə olunaraq, məsuliyyətə cəlb olunmasına və məhkəmə onu günahkar hesab etsə, etdiyi əmələ görə cəzalandırılılmasına imkan verilmir?
Ermənistandakı məhkəmələrin müstəqil olmaması və Ermənistan hakimiyyət orqanlarının tələblərini yerinə yetirməsini, zənnimizcə, xatırlatmağa ehtiyac yoxdur. Yeni hakimiyyət dövründə məhkəmələr Saşik Sarkisyanı sərbəst buraxdı, üstəlik, müalicə almaq üçün xaricə getməsinə icazə də verildi.
Belə olan halda, hakimiyyətin Manvel Qriqoryana müalicəyə icazə verməsindən niyə çəkindiyi maraqlıdır.
Qriqoryanın nə səbəbdən təhlükəli olduğu məlum deyil. Onun yaxın dostları arasında yayılan şayiələrə görə, hakimiyyət Qriqoryanın yeni hakimiyyət üçün təhlükəli şahid olduğuna görə müalicə olmasına icazə verməkdən çəkinir.
Dostlarının sözlərinə görə, hakimiyyət Manvel Qriqoryanın “1 Mart” hadisəsi ilə bağlı nə deyə biləcəyindən narahatdır. Axı, Qriqoryan o günlərin hadisələrini yaxşı bilir. Müxalifət lideri Levon Ter-Petrosyan ilə görüşən Ermənistan MN-in fəaliyyətdə olan iki generalından biri Qriqoryan olub.
Məlumata görə, 2008-ci ildə Levon Ter-Petrosyanla ordunu siyasi proseslərdə iştirak etməyə inandırmağa çalışmasında onunla əlaqə saxlanılmasını Cahangiryan təmin edib. Cahangiryanla bərabər adı çəkilməyən başqa bir, çox məşhur adam olduğu deyilir.
İndi Ermənistan hakimiyyəti Qriqoryanın danışacağını və hər şeyi söyləyəcəyindən qorxur. Şayiələrə görə, Ter-Petrosyan komandasının mümkün olduğu halda polisə qarşı silahlı təxribatçı göndərməyi Qriqoryana təklif etməsi barədə də danışa biləcəyindən ehtiyat edilir.
Qriqoryanın ifadələri Ter-Petrosyanın ordunu siyasi proseslərə cəlb etməyə çalışdığı barədə məlumatları təsdiqləyə bilər. Qriqoryanın təkzibedilməz ifadəsi hüquq-mühafizə orqanlarını Levon Ter-Petrosyan və onun müttəfiqi Paşinyana qarşı ittiham irəli sürməyə məcbur edə bilər.
Maraqlıdır ki, “1 Mart” hadisəsi üzrə ən az tanınan şahidi belə dindirmiş Ermənistan Xüsusi İstintaq Xidməti hadisələrlə bağlı Qriqoryanın ifadələrini eşitməyə belə çalışmır.
Qriqoryan belə deyək, tanışlıq üçün bir dəfə Ermənistan Xüsusi İstintaq Xidmətinə aparılıb, amma sonradan o unudulub.
Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat şöbəsi Manvel Qriqoryanın neçə dəfə dindirilməyə çağırıldığı barədə erməni jurnalistlərə məlumat verməkdən imtina edib.
Əslində, Ermənistan hakimiyyəti Qriqoryanın işin gedişatını əhəmiyyətli dərəcədə dəyişdirə biləcək ifadələrini dinləməmək üçün əlindən gələni edir.
Alpər Mövludoğlu
Ordu.az