Ermənistanda fərari hərbi qulluqçunun kimliyi müəyyənləşib

2019/02/97039-1551178844.jpg
Oxunub: 889     11:55     16 Avqust 2019    
Ermənistanda hərbi hissəni tərk edən əsgərin adı Qarik Hakobyandır və o, yeni hərbi çağırışçıdır.

Ordu.az xəbər verir ki, məlumata görə, Hakopyan Noyenberyanda Koğb hərbi hissəsində xidmət edib və 7 ayın əsgəri olub.

Ermənistan Müdafiə Nazirliyinin İnsan Hüquqları və Xeyirxahlıq Mərkəzinin rəhbəri Alexander Avetisyan da öz növbəsində əsgəri sağlamlıq problemləri ilə əlaqədar ziyarətə getdiyini bildirib. Onun sözlərinə görə, əsgər hər hansı bir şikayətinin olduğunu göstərərsə, kompleks tibbi müayinədən keçəcək.

Xatırladaq ki, iyulun 25-də Ermənistan hökumətinin iclasında hər cür ruhi pozğunluqları olan şəxslərin hərbi xidmətdən azad edilməsi barədə qərar qəbul olunub. Qərar layihəsində yüngül əqli geriliyi olan digər şəxslərin hərbi xidmətə müvəqqəti yararsız hesab ediləcəyi nəzərdə tutulur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Ermənistanda fərari hərbi qulluqçunun kimliyi müəyyənləşib

2019/02/97039-1551178844.jpg
Oxunub: 890     11:55     16 Avqust 2019    