“Ermənistan ordusunda vəziyyət ideal deyil” – Tonoyanın müavinindən etiraflar

2019/08/20020-1565771031.jpg
Oxunub: 400     13:52     14 Avqust 2019    
“Orduda mənəvi-psixoloji mühitin ideal vəziyyətdə olduğunu hesab etmirəm. Əks halda son zamanlar baş verən intihar hadisələri olmazdı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan jurnalistlərlə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrində nizam-intizam çox pis vəziyyətdədir və bunun qarşısı alınmalıdır.

“Silahlı Qüvvələrdə nizam-intizam nizamnaməsinin müddəalarına daha ciddi əməl edilməsinə zərurət var”, - deyə Balayan bildirib.

O etiraf edib ki, mənəvi-psixoloji durumuna görə, hər gün 3-4 nəfər erməni əsgərin döyüş növbətçiliyindən uzaqlaşdırıldığı hallar baş verir.

“Avqust ayının 8-də Gümrüdəki evində asılmış halda orkestrin giziri Samvel Mejlumyanın meyitinin tapılması ilə bağlı baş verən hadisə acınacaqlıdır”, - deyə Balayan qeyd edib.

Xatırladaq ki, 32 yaşlı Samvel Mejlumyan Ermənistan Müdafiə Nazirliyinin Gümrüdəki hərbi hissələrindən birinin müqaviləli erməni hərbi qulluqçusu olub.

Daha öncə isə 23-24 iyul gecəsi işğal altında olan Qarabağ ərazisinin cənub istiqamətində qanunsuz dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində əsgər Volodya Qaloyan intihar edib. Rəsmi versiyaya görə, Qaloyan post başçısını öldürməyə cəhd edib və daha sonra intihar edib. Açılan cinayət işi çərçivəsində hərbi qulluqçuya qarşı zorakılıq hərəktlərinə yol verdiyinə görə, CM-nin müvafiq maddəsi üzrə post başçısına qarşı ittiham irəli sürülüb.

Daha bir intihar hadisəsi isə iyul ayının 20-də qeydə alınıb. Döyüş postunun müşahidə məntəqəsində alın nahiyyəsindən aldığı odlu silah yarasından əsgər Hamik Vardanyan ölüb. Bu cinayət işi üzrə ittiham edilən şəxsin olmadığı qeyd edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq   İntihar  

“Ermənistan ordusunda vəziyyət ideal deyil” – Tonoyanın müavinindən etiraflar

2019/08/20020-1565771031.jpg
Oxunub: 401     13:52     14 Avqust 2019    